...

"AccessBank" borc öhdəlikləri bazarına çıxır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Dekabr 2014 20:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir Azad Həsənli/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "AccessBank" ASC-nin 20 milyon dollar dəyərində təmin edilməmiş, faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospektini qeydiyyata alıb.

Trend-in Bakı Fond Birjasına istinadən verdiyi məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 manat olan 12 min istiqraz buraxılıb.

Yerləşdirmənin anderrayteri qismində "Paşa Kapital" MMC çıxış edir.

İstiqrazların tədavül müddəti 1 ildir, gəlirliliyi isə 9 faiz təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti