...

“Unibank”-dan gömrükçülərə komissiyasız kredit təklifi

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Yanvar 2015 13:58 (UTC +04:00)
Unibank Dövlət Gömrük Komitəsi əməkdaşlarının 30 yanvar- peşə bayramı münasibəti ilə 0% komissiyasız kampaniya keçirir.
“Unibank”-dan gömrükçülərə komissiyasız kredit təklifi

Azərbaycan, Bakı, 29 yanvar /Trend/

Ən gözəl hədiyyə ad günündə, sərfəli kredit isə peşə bayramı münasibətilə keçirilən kampaniyada verilir. Bankdan Trend-ə verilən məlumata görə, Unibank Dövlət Gömrük Komitəsi əməkdaşlarının 30 yanvar- peşə bayramı münasibəti ilə 0% komissiyasız kampaniya keçirir. Gömrük əməkdaşları 30 yanvar- 7 fevral tarixlərində Unibank filiallarına müraciət edərək, 10.000 AZN-dək komissiyasız kredit götürə biləcəklər.

Artıq siz iş yerinizdən arayış gətirmədən də Unibank filiallarına kredit almaq üçün müraciət edə bilərsiniz. Bankla Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) arasında imzalanan müqaviləyə əsasən, Unibank "Elektron Hökümət" portalı ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq sayəsində vətəndaşlar kreditin rəsmiləşdirilməsi üçün elektron arayışdan istifadə edə biləcəklər.

Unibank dünyanın nüfuzlu maliyyə nəşrlərindən olan "The Banker" jurnalı tərəfindən "İlin bankı" seçilib. "The Banker" jurnalının xüsusi qiymət komissiyasının ekspertləri 2014-cü ilin nəticələrinə görə, Unibank-ı pərakəndə müştərilərə xidmət üzrə Azərbaycanda "Ən yaxşı riteyl bank" nominasiyası üzrə mükafatlandırıb.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti