...

Mərkəzi Bankın sədri İranın iqtisadi məsələlər və maliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2015 12:30 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov İran İslam Respublikasının iqtisadi məsələlər və maliyyə naziri Əli Tayebnianın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Mərkəzi Bankın sədri İranın iqtisadi məsələlər və maliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan, Bakı, 30 yanvar /Trend/

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov İran İslam Respublikasının iqtisadi məsələlər və maliyyə naziri Əli Tayebnianın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

AMB-dən Trend-ə verilən məlumata görə, görüş zamanı iki ölkənin bank sistemləri, o cümlədən mərkəzi bankları arasında əlaqələrin mövcud vəziyyəti, eləcə də gələcək inkişaf perspektivləri müzakirə edilmişdir.

Mərkəzi Bankın sədri Elman Rüstəmov ölkələr arasında iqtisadi, o cümlədən bank sahəsində əlaqələrdən danışaraq hər iki ölkənin mərkəzi bankları və bütövlükdə bank sektorları arasında gələcək əməkdaşlığın əhəmiyyətini vurğuladı. E.Rüstəmov Azərbaycan iqtisadiyyatının, o cümlədən maliyyə-bank sektorunun sabit və davamlı inkişafı barədə ətraflı məlumatı nümayəndə heyətinin diqqətinə çatdırdı.

İran iqtisadi məsələlər və maliyyə naziri Ə. Tayebnia isə öz çıxışında İranın ölkəmizlə, xüsusilə Mərkəzi Bankla əməkdaşlıqdan məmnun olduğunu bildirdi və ölkələrimizin birgə əməkdaşlıq imkanlarının genişlənəcəyinə ümidvar olduğunu qeyd etdi.

Görüşdə həmçinin İran və Azərbaycan arasında iqtisadi əlaqələr, o cümlədən bank sistemləri üzrə çoxşaxəli münasibətlərin gələcəkdə də uğurla davam etdiriləcəyinə əminlik vurğulandı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti