...

Gənc sahibkarlar maarifləndirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2015 20:02 (UTC +04:00)
Gənclərin maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Gənc sahibkarlar maarifləndirilir

Azərbaycan, Bakı, 3 fevral /Trend/

Hər il Bakı Biznes Tədris Mərkəzi tərəfindən Bakı şəhərində və regionlarda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlər üçün müxtəlif mövzularda maarifləndirici tədbir, treninq, konfrans, seminar, dəyirmi masa və təlimlər keçirilir.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sahibkarların maarifləndirilməsi istiqamətində kompleks tədbirlər 2015-ci ildə də davam etdirilir.

Belə ki, bu ilin ilk maarifləndirmə tədbiri fevralın 3-də Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə Gəncədə təşkil edilib.

"Biznes ideyanı yarat", "Öz biznesinə başla" mövzularında keçirilmiş treninqdə gənclərə biznes ideyanın yaradılması, SWOT təhlilin və strateji planlaşdırmanın aparılması, bu sahədə beynəlxalq təcrübə, prioritet biznes istiqamətləri və s. barədə ətraflı məlumat verilib.

Tədbirdə, həmçinin İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlardan, o cümlədən investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemlərindən geniş bəhs edilib.

Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb.

Sonda treninq iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti