...

"Kapital Bank" sosial layihələrdə iştiraka görə iki mükafata layiq görülüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2015 12:00 (UTC +04:00)
"Kapital Bank" 2015-ci ilin daha bir uğuruna imza atıb.
"Kapital Bank" sosial layihələrdə iştiraka görə iki mükafata layiq görülüb

Azərbaycan, Bakı, 7 fevral /Trend/

"Kapital Bank" 2015-ci ilin daha bir uğuruna imza atıb. Bankdan şənbə günü Trend-ə verilən məlumaat görə, "Kapital Bank" Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) iki mükafatına layiq görülüb.

Ölkəmizdəki biznes qurumlarının sosial məsuliyyət layihələrində iştirakı səviyyəsinin qiymətləndirilməsi məqsədilə AmCham-ın keçirdiyi müsabiqənin yekunu olaraq Kapital Bank 2 nominasiya üzrə önə çıxıb.

Goranboy rayonunda məskunlaşmış Xocalı köçkünlərinin içməli su probleminin həlli məqsədilə həyata keçirdiyi korporativ sosial məsuliyyət layihəsinə görə Bank birinci yerə layiq görülüb. Talassemiyadan əziyyət çəkən körpələrin həyatına dəstək naminə keçirilmiş qanvermə aksiyalarında aktiv iştirakı isə "Kapital Bank"a müsabiqədə üçüncülük qazandırıb.

Bankın Marketinq və PR departamentinin direktoru Vüsal Nağıyev bu mükafatların Kapital Bank üçün böyük mənəvi dəyər kəsb etdiyini bildirib: "Bütün bunlar reallaşdırdığımız KSM layihələrinin cəmiyyət tərəfindən həssaslıqla izləndiyini və rəğbətlə qarşılandığını göstərir. Bu da Kapital Bankı öz mənəvi missiyasını gələcəkdə də uğurla davam etdirməyə ruhlandırır".

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 89 filialı və 7 şöbəsi ilə hər zaman xidmətinizdədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Müştəri Xidmətinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti