...

“Unibank”dan əsl sevgi hədiyyəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2015 12:48 (UTC +04:00)
Ən qiymətli və unudulmaz hədiyyə sevgi ilə verilən hədiyyədir. Bəs Siz dəyərinə böyük sevgi qatdığınız hədiyyəni etmisinizmi?
“Unibank”dan əsl sevgi hədiyyəsi

Azərbaycan, Bakı, 10 fevral /Trend/

Ən qiymətli və unudulmaz hədiyyə sevgi ilə verilən hədiyyədir. Bəs Siz dəyərinə böyük sevgi qatdığınız hədiyyəni etmisinizmi? Etməmisinizsə, Unibank-ın "Sevgililər günü" kampaniyası sizin arzularınızı reallaşdırmaq üçündür. Albalı Plus (Albalı) kartı ilə fərqli və gözəl hədiyyə ala bilərsiniz, həm də çox-çox sərfəli şərtlərlə.

Çərşənbə axşamı bankdan Trend-ə daxil olan məlumata görə, fevralın 13-ü, 14-ü və 15-də Albalı Plus (Albalı) kartı ilə partnyor mağazalarda və ticarət mərkəzlərində 3 taksitdən yuxarı alış- veriş edənlər, dəyərini daha uzun müddətə- 14 ayadək ödəyə biləcəklər. Məsələn, müştəri taksiti 3 aylıq olan məhsulun dəyərini, 14 ay müddətinədək ödəyəcək. Üstəlik, Albalı Plus (Albalı) kart sahiblərini mağazalarda xüsusi endirimlər və hədiyyələr gözləyir. Albalı Plus (Albalı) kartın partnyorları olan İdeal, Sabina, Golden Rose , La parfumerie, Sel home, Agat R, İnglot, Flormar, Gulum, Swarovski və digər mağazalarda sevənlər üçün xüsusi kampaniyalar keçiriləck. Albalı Plus (Albalı) kartına sahib olan hər kəs bu hədiyyəli sevgililər günü kampaniyasından faydalana biləcək.

Unibank müştərilərinin ehtiyac və arzularını bir məhsulda - ALBALI PLUS kartında birləşdirib. Artıq Unibank müştərisi cəmi 1 karta sahib olmaqla, müxtəlif bank xidmətlərindən istifadə edə bilər. ALBALI PLUS beynəlxaq kart olmaqla yanaşı, dörd bank məhsulunu özündə birləşdirir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Unibankın saytından (http://www.unibank.az) və yaxud bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti