...

Fazil Məmmədov Rusiya və Türkiyə vergi administrasiyalarının rəhbərləri ilə görüşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2015 18:37 (UTC +04:00)
Vergilər naziri Fazil Məmmədov Vergilər Nazirliyinin yaradılmasının 15 illik yubileyinə həsr olunmuş IV Vergi Forumunda iştirak etmək üçün Azərbaycana gəlmiş Rusiya Federasiyası Federal Vergi Xidmətinin rəhbərinin müavini xanım Natalya Zavilova və Türkiyə Maliyyə Nazirliyinin Gəlir İdarəsinin rəhbəri Adnan Ertürk və onun müavini Necmi Keskinsoyla görüşüb.
Fazil Məmmədov Rusiya və Türkiyə vergi administrasiyalarının rəhbərləri ilə görüşüb

Azərbaycan, Bakı, 11 fevral /Trend/

Vergilər naziri Fazil Məmmədov Vergilər Nazirliyinin yaradılmasının 15 illik yubileyinə həsr olunmuş IV Vergi Forumunda iştirak etmək üçün Azərbaycana gəlmiş Rusiya Federasiyası Federal Vergi Xidmətinin rəhbərinin müavini xanım Natalya Zavilova və Türkiyə Maliyyə Nazirliyinin Gəlir İdarəsinin rəhbəri Adnan Ertürk və onun müavini Necmi Keskinsoyla görüşüb.

Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, F.Məmmədov ölkələr arasında işgüzar münasibətlərin ildən-ilə inkişaf etdiyini vurğulayıb. Ölkə rəhbərləri arasında olan dostluq və qardaşlıq münasibətlərinin hökumətlər və ayrı-ayrı qurumlar arasında əməkdaşlığın inkişafına da müsbət təsir göstərdiyini qeyd edən vergilər naziri bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

F.Məmmədov son illərdə Rusiya və Azərbaycanın vergi xidmətləri arasında əməkdaşlığın, vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı təcrübə mübadiləsinin ölkəmiz üçün müsbət nəticələr verdiyini, bu baxımdan mövcud olan əlaqələrin daha da dərinləşdirilməsinin zəruriliyini qeyd edib.

Rusiya Federasiyası Federal Vergi Xidməti rəhbərinin müavini xanım N.Zavilova Vergilər Nazirliyinin rəhbərliyini və bütün kollektivini nazirliyin yaradılmasının 15-ci ildönümü münasibətilə təbrik edib, qısa zaman kəsiyində Azərbaycanın vergi orqanlarının mühüm nailiyyətlər əldə etdiyini bildirib. Onun dövlətinin Azərbaycanı hər zaman strateji tərəfdaş hesab etdiyini bildirən xanım N.Zavilova gələcəkdə ikitərəfli münasibətləri daha da inkişaf etdirmək üçün müvafiq dövlət qurumlarının nümayəndələri arasında görüşlərin keçirilməsinin zəruriliyini diqqətə çatdırıb.

Türkiyə Maliyyə Nazirliyinin Gəlir İdarəsinin rəhbəri A.Ertürk səmimi qəbula görə təşəkkürünü bildirərək, qısa zaman kəsiyində böyük inkişaf yolu keçmiş Azərbaycanın vergi xidməti orqanlarına yubiley təbriklərini ifadə edib, Vergi Forumunda iştirakı böyük məmnuniyyətlə qəbul etdiklərini, Forumun onlarda böyük təəssürat oyatdığını bildirib.

Türkiyənin bütün dövlət qurumlarında Azərbaycana xüsusi münasibətin olduğunu, bir çox türk iş adamlarının Azərbaycana gəlməkdə maraqlı olduqlarını vurğulayan türkiyəli qonaq Azərbaycanda iqtisadiyyatın sürətlə inkişaf etməsindən, ən müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiq olunmasından məmnunluğunu ifadə edərək, bu sahələrdə zəngin təcrübəyə malik olduqlarını və bu istiqamətlərdə də əməkdaşlıq üçün kifayət qədər böyük potensial olduğunu diqqətə çatdırıb.

Görüşdə vergilər sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri də müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti