...

"Muğanbank"a ödənişlər daha rahat oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2015 19:18 (UTC +04:00)
"Muğanbank" ASC və "Modenis" MMC əməkdaşlıq müqaviləsi imzalayaraq müştərilərinə kreditlərini "E-manat" terminallarından ödəməyə imkan yaradır.
"Muğanbank"a ödənişlər daha rahat oldu

Azərbaycan, Bakı, 11 fevral /Trend/

"Muğanbank" ASC və "Modenis" MMC əməkdaşlıq müqaviləsi imzalayaraq müştərilərinə kreditlərini "E-manat" terminallarından ödəməyə imkan yaradır.

Bankdan Trend-ə verilən məlumata görə, hazırda "E-manat" şəbəkəsi 1500-dən artıq terminala malikdir və Azərbaycan ərazisində gündən-günə genişlənməkdədir. "E-manat" sistemi vasitəsilə kreditlər üzrə ödənişlər dərhal həyata keçirilir və sistemdən istifadə qaydaları çox sadədir.

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlayıb. Hazırda bankın ölkə ərazisində 44 filialı və 6 şöbəsi, həmçinin Moskva şəhərində nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. "Muğanbank" ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), WorldBusiness Capital Inc. (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), The Green for Growth Fund (GGF), Cənub-şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

Muğanbank-ın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün bankın Məlumat Mərkəzinə (+99412 564 35 11) zəng edə və ya www.muganbank.az saytına keçid ala bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti