...

Rusiya Azərbaycanda aviareyslərin sayını artıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2015 11:34 (UTC +04:00)
Rusiyanın iki aviadaşıyıcısı Azərbaycanda reyslərin yerinə yetirilməsi üçün icazə alıb.
Rusiya Azərbaycanda aviareyslərin sayını artıracaq

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir Maksim Tsurkov/

Rusiyanın iki aviadaşıyıcısı Azərbaycanda reyslərin yerinə yetirilməsi üçün icazə alıb.

Trend xəbər verir ki, bu barədə cümə günü Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyinin ("Rosaviasiya") saytında yerləşdirilmiş beynəlxalq daşımaların icra edilməsinə daşıyıcıların girişi üzrə idarələrarası komissiyanın protokolunda deyilir.

Protokolda qeyd edilir ki, "Anqara" aviaşirkəti Novosibirskdən Gəncəyə, Lənkərana və Bakıya (hazırda Novosibirskdən Bakıya aviareysləri S7 aviaşirkətinin təyyarələri yerinə yetirir) "Аn-148-100E" təyyarələri ilə həftədə iki dəfə müntəzəm sərnişin reyslərini yerinə yetirəcək.

Bundan başqa, "Taymır" aviaşirkəti Sankt-Peterburq və Surqut-Lənkəran marşrutları ilə uçuşları həyata keçirmək üçün icazə alıb. Aviareyslər həftədə iki dəfə "Boeing 737" təyyarələri ilə həyata keçiriləcək.

Protokolda qeyd edilir ki, komissiya "Aeroflot" şirkətinin Moskva-Bakı marşrutu ilə uçuşların sayının 14-dən 22-dək artırılmasına dair müraciətini rədd edib.

Eləcə də "YuTeyr" aviaşirkətində Surqut-Lənkəran və "Koqalımavia" şirkətinə isə Sankt-Peterburq-Lənkəran reyslərinin icra edilməsinə icazələr geri alınıb. Buna səbəb İATA-nin cədvəlinə uyğun olaraq uçuşların iki mövsümdən artıqdır yerinə yetirilməməsi olub.

Bundan başqa, "YuTeyr" aviaşirkəti Nijnekamsk-Bakı marşrutu üzrə reyslərin yerinə yetirilməsi üzrə icazənin geri alınmasına təşəbbüs göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti