...

Bakı Biznes Tədris Mərkəzi maarifləndirmə tədbirlərini davam etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Fevral 2015 17:58 (UTC +04:00)
Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında biznesin idarə edilməsi sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli Proqram” çərçivəsində “İqtisadi kooperasiya” üzrə ixtisasartırma kursu keçəcək 20 sahibkar və menecerlər üçün treninq keçirilmişdir.
Bakı Biznes Tədris Mərkəzi maarifləndirmə tədbirlərini davam etdirir

Azərbaycan, Bakı, 18 fevral /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə "Azərbaycan Respublikasında biznesin idarə edilməsi sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli Proqram" çərçivəsində "İqtisadi kooperasiya" üzrə ixtisasartırma kursu keçəcək 20 sahibkar və menecerlər üçün treninq keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, marketinq, mövcud və yeni ixrac bazarlarına çıxış imkanları mövzularını əhatə edən treninqdə marketinq anlayışı, marketinqin növləri və istiqamətləri, istehsal olunacaq məhsulların keyfiyyəti və çeşidi, satışın təşkili və idarə edilməsi, reklam fəaliyyəti, brend məhsullar, Avropa İttifaqına ixrac imkanları və bu sahədə mövcud qanunvericilik və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılmışdır.

Sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanların maarifləndirilməsi istiqamətində Bakı Biznes Tədris Mərkəzi tərəfindən növbəti treninqlər Qazaxda, Lənkəranda və Samuxda təşkil edilmişdir.

Treninqlərə iştirakçılara biznesin mahiyyəti, biznes mühiti, biznesin idarə edilməsinin təşkili, biznes planların hazırlanması, insan resurslarından səmərəli idarə edilməsi, sənayedə brendləşmənin xüsusiyyətləri, sənaye məhsullarının keyfiyyətinin yüksəldilməsi, Avropa və digər xarici ölkələrə ixrac imkanları, bu sahədə mövcud qanunvericilik, kənd təsərrüfatında risklərin azaldılması yolları, sığortanın əhəmiyyəti və zəruriliyi, ekoloji təmiz kənd təsərrüfatı və s. barədə məlumat verilmişdir.

Bundan başqa, iştirakçılar İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları barədə məlumatlandırılmış, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlardan, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemindən geniş bəhs edilmişdir.

Sonda iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti