Azərbaycan, Bakı, 5 mart /Trend/
"Amrahbank" "Bazarstore", "İdeal" və "İnteqral Plus" magazalar şəbəkəsi ilə birlikdə 02.03.2015-31.04.2015 tarixlərində əmanətçilər üçün çox faydalı olan "İkinci Depozit Festivalı" kampaniyasını həyata keçirir.
Bankdan Trend-ə verilən məlumata görə, kampaniya müddətində "Amrahbank"da manat, dollar və ya avroda depozit yerləşdirənlər həm 15%-dək gəlir əldə edəcək, həm də depozitinin məbləği 2000-dən artıq olan hər bir kəs "Bazarstore" və "İdeal" magazalar şəbəkəsindən alış-veriş kartları, "İnteqral Plus" magazalarından isə müxtəlif növ telefonlar qazanacaq.
Kampaniyanın şərtlərinə görə:
2000 - 4999 AZN* məbləğində əmanət hesabı açan müştəriyə 20 AZN məbləğində Bazarstore kartı;
5000 - 9999 AZN məbləğində əmanət hesabı açan müştəriyə 50 AZN məbləğində Bazarstore kartı;
10000 - 19999 AZN məbləğində əmanət hesabı açan müştəriyə 50 AZN məbləğində Bazarstore, 50 AZN məbləğində İdeal kartları;
20000 - 29999 AZN məbləğində əmanət hesabı açan müştəriyə 100 AZN məbləğində Bazastore, 100 AZN məbləğində İdeal kartları;
30000 - 34999 AZN məbləğində əmanət hesabı açan müştəriyə 150 AZN məbləğində Bazarstore, 150 AZN məbləğində İdeal kartları;
5000 - 49999 AZN məbləğində əmanət hesabı açan müştəriyə Samsung Galaxy S5 Mini mobil telefonu;
50000 - 79999 AZN məbləğində əmanət hesabı açan müştəriyə Samsung Galaxy S5 və ya Samsung Galaxy Alpha mobil telefonu;
80000-99999 AZN məbləğində əmanət hesabı açan müştəriyə İphone 6 mobil telefonu;
100000 AZN və yuxarı məbləğində əmanət hesabı açan müştəriyə Iphone 6 mobil telefonu, 100 AZN məbləğində Bazarstore və 100 AZN məbləğində İdeal kartları və əlavə hər 50000 AZN üçün müştərinin istəyindən asılı olaraq 100 AZN məbləğində ya Bazarstore, ya da İdeal kartları hədiyyə olaraq veriləcək.
Əmanət xarici valyutada açıldıqda, məbləğ əməliyyat aparılan günə Mərkəzi Bankın rəsmi məzənnəsinə milli valyuta ekvivalenti ilə hesablanır.
Məlumat üçün bildiririk ki, kampaniya "Amrahbank"ın Lider, Güvən və Daxıl əmanətlərinin müştərilərinə şamil edilir.