Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir Ənvər Məmmədov/
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Amrahbank" ASC-nin 4,3 milyon manat məbləğində adi, sənədsiz, adlı səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
Trend-in Bakı Fond Birjasına istinadən verdiyi məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 43,17 min səhm buraxılıb.
Yerləşdirmənin anderrayteri "AzFinance Invest" MMC-dir.
Bankın nizamnamə kapitalı 39,8 milyon manat, məcmu kapitalı isə 55,3 milyon manatdır. Emissiya yerləşdirildikdən sonra bankın nizamnamə kapitalı 44,1 milyon manatadək artırılacaq.