...

Türkiyə və İran əmtəə dövriyyəsini 30 milyard dollara çatdırmaq istəyirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Aprel 2015 17:49 (UTC +04:00)
Türkiyə və İran ikitərəfli əmtəə dövriyyəsini illik 30 milyard ABŞ dollarına çatdırmaq niyyətindədirlər.
Türkiyə və İran əmtəə dövriyyəsini 30 milyard dollara çatdırmaq istəyirlər

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə və İran ikitərəfli əmtəə dövriyyəsini illik 30 milyard ABŞ dollarına çatdırmaq niyyətindədirlər.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tehranda İran Prezidenti Həsən Ruhani ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hazırda iki ölkə arasında əmtəə dövriyyəsi 14 milyard dolları keçmir ki, bu da qənaətbəxş deyil.

R.T.Ərdoğan vurğulayıb ki, İran və Türkiyə ticarəti öz milli valyutaları ilə aparmalıdırlar.

Qeyd edək ki, Türkiyə Prezidentinin İrana səfəri çərçivəsində tərəflər arasında 8 hökumətlərarası saziş imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti