...

Göygöldə və Yardımlıda treninqlər keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2015 17:58 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı, Göygöl Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Göygöl rayonunun Quşqara kəndində, aprelin 10-da isə Lənkəran nümayəndəliyinin təşkilatçılığı, Yardımlı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Yardımlıda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninqlər keçirilmişdir.
Göygöldə və Yardımlıda treninqlər keçirilib

Azərbaycan, Bakı, 10 aprel /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı, Göygöl Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Göygöl rayonunun Quşqara kəndində, aprelin 10-da isə Lənkəran nümayəndəliyinin təşkilatçılığı, Yardımlı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Yardımlıda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninqlər keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ekoloji təmiz kənd təsərrüfatının inkişafı, biznes planların və investisiya layihələrinin hazırlanması, biznesin əsasları, təşkili və idarə edilməsi, marketinq mövzularını əhatə edən treninqlərdə ekoloji təmiz kənd təsərrüfatı, bu sahədə beynəlxalq təcrübə, biznes planların hazırlanması, biznesin idarə edilməsinin təşkili, marketinq, reklam fəaliyyəti, satışın təşkili və idarə edilməsi və s. barədə ətraflı məlumat iştirakçıların diqqətinə çatdırılmışdır.

Bundan başqa, treninqlərdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumat verilmişdir.

Tədbirlər çərçivəsində mövzular üzrə təqdimatlar keçirilmiş, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti