...

Nurgün Motors-dan yeni mövsüm üçün sərfəli satış şərtləri

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2015 15:42 (UTC +04:00)
"Nurgün Motors" şirkəti avtomobil almaq istəyənlər üçün yeni sərfəli kredit və lizinq şərtləri təklif edir.
Nurgün Motors-dan yeni mövsüm üçün sərfəli satış şərtləri

Daim avtomobilsevərləri öz yenilikləri ilə sevindirən "Nurgün Motors" şirkəti avtomobil almaq istəyənlər üçün yeni sərfəli kredit və lizinq şərtləri təklif edir. İndi avtomobil sahibi olmaq istəyənlər "Nissan", "Ford", "İnfiniti" və "Renault" satış mərkəzlərində avtomobilləri cəmi 2500 manatdan başlayan ilkin ödənişlə, sərfəli kredit və lizinq şərtləri ilə əldə edə bilərlər. Bütün avtomobillər istehsalçı zəmanəti ilə təqdim edilir.

Həmçinin müraciət edən müştərilər salonlarda seçdikləri avtomobilləri test drive etmək imkanından da yararlana bilərlər. Eyni zamanda köhnə avtomobilini yenisi ilə dəyişmək istəyənlər üçün barter imkanı da mövcuddur.

Ətraflı məlumatı Nurgün Motors-un satış və servis mərkəzlərindən əldə etmək olar.

Əlaqə nömrəsi: (012) 934

"NURGÜN Motors" MMC Nissan, İnfiniti, Ford və Renault avtomobillərinin Azərbaycanda rəsmi distribyutorudur. Şirkət qeyd edilən brendlərin satışı, zəmanəti və servis xidmətləri ilə məşğul olur. "Nurgün Motors" 2007-ci ildən beynəlxalq keyfiyyət standartı İSO 9001:2008 sertifikatını əldə etmişdir və bütün fəaliyyətini bu standartın tələbləri əsasında həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti