...

Dövlət müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqi üzrə növbəti təlim keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2015 15:55 (UTC +04:00)
Dövlət müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinə dair növbəti təlim keçirilib.
Dövlət müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqi üzrə növbəti təlim keçirilib

Azərbaycan, Bakı, 14 aprel /Trend/

Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq, aprelin 14-də İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqi ilə bağlı "İdarə heyətinin formalaşdırılması" mövzusunda növbəti təlim keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə 20-dən çox dövlət müəssisəsinin nümayəndəsi iştirak edib.

Təlimdə çıxış edən İqtisadiyyat və Sənaye Nazirliyinin Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə şirkətin icra orqanının rolu və səlahiyyətləri, onun növləri, habelə icra orqanı üzvlərinin hüquq və vəzifələri barədə iştirakçılara məlumat verib.

Təlim çərçivəsində icra orqanı institutu ilə bağlı mövcud beynəlxalq təcrübə barədə məlumat verilib, iştirakçılarla mövzu ətrafında müzakirələr aparılıb.

Sonda təlim iştirakşılarının sualları cavablandırılıb.

Ümumilikdə, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqi ilə bağlı 38 istiqaməti əhatə edən 8 mövzu üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti