...

Yükdaşıma və sərnişindaşıma tarifləri artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2015 16:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel /Trend/

2015-ci ilin mart ayında Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma tarifləri 11,2 faiz, sərnişindaşıma tarifləri isə 0,8 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 0,9 faiz, digər xarici ölkələr üzrə 6,9 faiz bahalaşma müşahidə olunub. Yükdaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Ay ərzində dəmir yolu nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 4,2 faiz ucuzlaşıb, yükdaşıma tarifləri isə sabit qalıb.

Dəniz nəqliyyatında yükdaşıma tarifləri MDB və digər xarici ölkələr üzrə müvafiq olaraq 30,2 və 32,2 faiz bahalaşıb, sərnişindaşıma tarifləri isə sabit qalıb.

Mart ayında boru kəməri vasitəsilə neftin və qazın nəql olunma tarifləri müvafiq olaraq 17,7 və 21,8 faiz bahalaşıb. Avtomobil nəqliyyatında yükdaşıma tarifləri üzrə 0,1 faiz bahalaşma qeydə alınıb, sərnişindaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti