...

Regionlarda maarifləndirmə tədbirləri davam etdirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2015 20:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 aprel /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün maarifləndirmə tədbirləri davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu istiqamətdə növbəti treninqlər Bakı Biznes Tədris Mərkəzinin Gəncə və Qazax nümayəndəliklərinin birgə təşkilatçılığı ilə aprelin 15-də Şəmkir rayonunun Aşağı Seyfəli kəndində, aprelin 17-də isə Göyçay və Yevlax nümayəndəliklərinin birgə təşkilatçılığı ilə Bərdə rayonunun Zümürxan kəndində keçirilmişdir.

Ekoloji təmiz kənd təsərrüfatının inkişafı, biznes planların və investisiya layihələrinin hazırlanması, kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması mövzularını əhatə edən treninqlərdə ekoloji təmiz kənd təsərrüfatı, bu sahədə beynəlxalq təcrübə, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin təşkili, biznes ideyanın yaradılması, biznesdə risklərin azaldılması yolları, sığortanın əhəmiyyəti və zəruriliyi, bu sahədə mövcud qanunvericilik və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılmışdır.

Bundan başqa, treninqlərdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumat verilmişdir.

Tədbirlər çərçivəsində mövzular üzrə təqdimatlar keçirilmiş, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti