...

Sahibkarların maarifləndirilməsi davam etdirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2015 20:26 (UTC +04:00)
Aprelin 21-də İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı, Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qazaxda, aprelin 23-də isə Gəncə və Qazax nümayəndəliklərinin birgə təşkilatçılığı, Goranboy Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Goranboyda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninqlər keçirilmişdir.
Sahibkarların maarifləndirilməsi davam etdirilir

Azərbaycan, Bakı, 23 aprel /Trend/

Aprelin 21-də İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı, Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qazaxda, aprelin 23-də isə Gəncə və Qazax nümayəndəliklərinin birgə təşkilatçılığı, Goranboy Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Goranboyda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninqlər keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması, ekoloji təmiz kənd təsərrüfatının inkişafı, biznes planların və investisiya layihələrinin hazırlanması mövzularına həsr olunmuş treninqlərdə biznesdə risklərin azaldılması yolları, sığortanın əhəmiyyəti və zəruriliyi, bu sahədə mövcud qanunvericilik, ekoloji təmiz kənd təsərrüfatı və bu sahədə beynəlxalq təcrübə, biznes ideyanın yaradılması, biznes planların tərtib edilməsi və s. barədə ətraflı məlumat iştirakçıların diqqətinə çatdırılmışdır.

Bundan başqa, treninqlərdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumat verilmişdir.

Tədbirlər çərçivəsində mövzular üzrə təqdimatlar keçirilmiş, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti