...

Regionlarda maarifləndirmə tədbirləri davam etdirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2015 20:50 (UTC +04:00)
Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə və Qazax nümayəndəliklərinin birgə təşkilatçılığı ilə Tovuzun Əyyublu kəndində, Lerik rayonunun Piran kəndində isə Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninqlər keçirilmişdir.
Regionlarda maarifləndirmə tədbirləri davam etdirilir

Azərbaycan, Bakı, 6 may /Trend/

Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə və Qazax nümayəndəliklərinin birgə təşkilatçılığı ilə Tovuzun Əyyublu kəndində, Lerik rayonunun Piran kəndində isə Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninqlər keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Ekoloji təmiz kənd təsərrüfatının inkişafı", "Biznes planların və investisiya layihələrinin hazırlanması", "Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması" mövzularında təşkil edilmiş treninqlərdə ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsipləri, bu sahədə beynəlxalq təcrübə, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin təşkili, biznes ideyanın yaradılması, biznes planların tərtib edilməsi, biznesdə risklərin azaldılması yolları, sığortanın əhəmiyyəti, bu sahədə mövcud qanunvericilik və s. barədə iştirakçılara ətraflı məlumat verilmişdir.

Bundan başqa, treninqlərdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumatlar da iştirakçıların diqqətinə çatdırılmışdır.

Treninqlər çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti