...

Dövlət müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinə dair növbəti təlim keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2015 18:52 (UTC +04:00)
Bu gün İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqi ilə bağlı “Mükafatlandırma siyasəti” mövzusunda növbəti treninq keçirilmişdir.
Dövlət müəssisələrində korporativ idarəetmə prinsiplərinin
tətbiqinə dair növbəti təlim keçirilib

Azərbaycan, Bakı, 13 may /Trend/

Bu gün İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqi ilə bağlı "Mükafatlandırma siyasəti" mövzusunda növbəti treninq keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq, təşkil edilmiş tədbirdə 20-dən çox dövlət müəssisəsinin nümayəndəsi iştirak etmişdir.

Treninqdə çıxış edən İqtisadiyyat və Sənaye Nazirliyinin Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə dövlət müəssisələrində mükafatlandırmanın növləri və korporativ idarəetmə baxımından mahiyyəti və s. barədə iştirakçılara məlumat vermişdir.

Tədbir çərçivəsində mükafatlandırma ilə bağlı beynəlxalq təcrübə barədə məlumat verilmiş, mövzu ətrafında müzakirələr aparılmış, iştirakçıların sualları cavablandırılmışdır.

Ümumilikdə, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqi ilə bağlı 38 istiqaməti əhatə edən 8 mövzu üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti