...

Multi-aktivlərin ticarəti üçün yeni platforma təqdim edilir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 May 2015 16:20 (UTC +04:00)
Onlayn treydinq və investisiya üzrə ekspert sayılan “Saxo Bank”ın bu ayın əvvəllərində fransız müştərilər üçün uğurla keçirilmiş multi-aktivlərin ticarəti üzrə yeni intuitiv “SaxoTraderGO” platformasının təqdimatından sonra platformanın qlobal miqyasda müştərilərə təklif olunmasına başlanılır.
Multi-aktivlərin ticarəti üçün yeni platforma təqdim edilir (FOTO)

Azərbaycan, Bakı, 27 may /Trend/

Onlayn treydinq və investisiya üzrə ekspert sayılan "Saxo Bank"ın bu ayın əvvəllərində fransız müştərilər üçün uğurla keçirilmiş multi-aktivlərin ticarəti üzrə yeni intuitiv "SaxoTraderGO" platformasının təqdimatından sonra platformanın qlobal miqyasda müştərilərə təklif olunmasına başlanılır.

Trend-in məlumatına förə, hazırda "SaxoTraderGO" platforması Avropada yaşayan müştərilərin istifadəsinə verilib. Yaxın Şərq və Şimali Afrika, Asiya və Sakit okean regionu və Latın Amerikası ölkələrinin sakinləri isə iyun ayının ilk həftələrindən etibarən yeni platformadan yararlana biləcək.

"SaxoTaderGO" rahat və praktiki istifadə, o cümlədən Web, "Andoid" və iOS platformalı cihazlar arasında maneəsiz keçidin təmin olunmasına əsaslanaraq tamamilə "sıfırdan" hazırlanıb. "SaxoTraderGO" platformasının yaradılması prosesində dünya üzrə 3 minə yaxın "Saxo Bank" müştərisi ilə keçirilən sorğunun nəticələri əsas olaraq nəzərə alınıb. Sorğunun nəticələrinə əsasən, müxtəlif cihazlar arasında keçid zamanı platformanın məhsuldarlığı və funksionallığının tam dəstəklənməsi müştərilər üçün əsas prioritetdir. Platforma seçimi zamanı müştərilər sadəcə treydinq fəaliyyətini həyata keçirmək üçün deyil, öz fəaliyyətlərinin səmərəliliyinə təsir edəcək amilləri də nəzərə alırlar. İcra edilən əməliyyatların sürət və keyfiyyəti müştərilər üçün ticarət sövdələşmələrinin məhsuldarlığını müəyyən edən iki başlıca amildir. Daha sonra isə onlar üçün ticarət alətlərindən istifadə imkanları xüsusi önəm kəsb edir.

"Hazırda bizim pərakəndə müştərilərimizdən olan gəlirimizin 20%-i mobil cihaz və planşetlər vasitəsilə həyata keçirilən əməliyyatların, həmçinin bütün sövdələşmə və əmrlərin 75%-i ticarət üçün bir neçə cihazdan istifadə edən müştərilərin payına düşür. "SaxoTraderGO" ilə biz kompüter, planşet və mobil telefonlarda eyni imkanlar təklif edən, edilmiş dəyişiklikləri bütün cihazlarda əks etdirən platforma işləyib hazırladıq. İnvestorlar məkandan və istifadə etdikləri cihazdan asılı olmayaraq ticarət fürsətlərindən yararlanıb öz ideyalarını yüksək keyfiyyətdə reallaşdıra bilərlər", - deyə "Saxo Bank"ın Platformalar bölməsinin rəhbəri Kristian Lund Hammer bildirib.

Müştərilərə "SaxoTraderGO" platformasında təqdim olunan cihazlararası inteqrasiya HTML5 dilində işlənib və yeni açıq tətbiq proqramı interfeysi (APİ) ilə hazırlanıb. "Saxo Bank"ın APİ interfeysi müxtəlif cihazlarda bütün funksiyalardan cəld istifadə və məzmun, ticarət, hesab xidmətləri kimi imkanlardan faydalanmağı təmin edir. Burada ümumilikdə 150-yə yaxın alət və birjalar üçün nəzərdə tutulan xidmət hesabları, balanslar, pozisiyalar təklif olunur. Bundan başqa, müştərilər abunə qaydalarını dəyişə, öz hesablarının tarixçəsini və qiymət xəbərdarlıqlarını nəzərdən keçirə bilərlər. Cari il ərzində "Saxo Bank" eyni APİ interfeysini digər maliyyə institutları və kənar tətbiq yaradıcılarının istifadəsinə verməyi planlaşdırır.

"Keçirdiyimiz sorğulara əsasən bilirik ki, etdiyimiz hər bir şeyin mərkəzi nöqtəsi platformadır. Müştərilərimiz daha sürətli, daha yaxşı və intuitiv ticarət təcrübəsini informasiya və analitika qədər önəmli sayır. Texnoloji ustalıq uğura aparan başlıca amildir və çoxsaylı müştərilərin təkrar olaraq "SaxoTraderGO"ya müraciət etməsi platformanın müştərilərin tələblərinə cavab verdiyinin, onlar tərəfindən yüksək qiymətləndirildiyinin göstəricisidir", - deyə Kristian Lund Hammer əlavə edib.

Müştəri sorğusunun keçirilməsi treyder və investorlar arasında geniş yayılmış trendləri müəyyən etməyə imkan verdi. Uğurlu ticarət üçün platforma seçimi və investisiya strategiyası bərabər dərəcədə əhəmiyyətli hesab olunur. Qlobal sorğu bir sıra regional nüanslara də aydınlıq gətirdi: Çin və Cənubi Afrikadan olan müştərilər informasiya baxımından - bazarlara təhlil xarakterli baxışlar və analitik renkinq üstünlük təşkil etməklə tələbkar olurlar. Mərkəzi və Şərqi Avropada müştərilər treydinq mövzusunda əsasən zahiri durumu qiymətləndirərək hərəkət edirlər. Polşa, Rusiya və Çexiyada bazarlarda iştirak imkanı və aktiv növləri prioritetlər siyahısında ön sıralarda dayanır.

Sözügedən platformanın istifadəsinə dair təlimatı bu link vasitəsilə izləmək mümkündür: https://vimeo.com/saxobankhelp/review/128845329/b08d967e3e.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti