• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • İqtisadiyyat
  • Biznes və iqtisadiyyat xəbərləri

Azərbaycan çirkli pulların yuyulması ilə mübarizəni gücləndirir

28 May 2015 13:27 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 28 may /Trend, müxbir Ənvər Məmmədov/

Azərbaycan Türkiyə, Rusiya və Makedoniya ilə terrorçuluğun maliyyələşdirilməsi və cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması sahəsində əməkdaşlığı genişləndirir. Trend-in məlumatına görə, bu barədə sazişlər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilib.

Sazişlərə əsasən, Azərbaycan Türkiyə və Makedoniya ilə maliyyə xarakterli məlumatların mübadiləsi sahəsində əməkdaşlıq edəcək. Rusiya ilə saziş terrorçuluğun maliyyələşdirilməsi və cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması ilə mübarizədə əməkdaşlığı nəzərdə tutur.

Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ilə Türkiyənin Maliyyə Nazirliyinin Maliyyə Cinayətlərinin Araşdırılması Şurası arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqədar maliyyə xarakterli məlumatların mübadiləsində əməkdaşlığa dair Anlaşma Memorandumu 2015-ci il yanvarın 15-də Ankara şəhərində imzalanıb.

Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ilə Maliyyə Monitorinqi üzrə Federal Xidmət (Rusiya Federasiyası) arasında isə cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qarşılıqlı əməkdaşlıq haqqında Saziş 2015-ci il aprelin 6-da Strasburq şəhərində imzalanıb.

Üçüncü belə saziş Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ilə Makedoniyanın Maliyyə Kəşfiyyatı Ofisi arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqədar maliyyə məlumatlarının mübadiləsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu 2015-ci il aprelin 14-də Strasburq şəhərində imzalanıb.

Yuxarıda qeyd olunan Sazişlərin təsdiq edilməsi ilə bağlı imzalanan Fərmana əsasən, Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti imzalanan sazişlərin müddəalarının həyata keçirilməsini təmin etməlidir. Azərbaycan Xarici İşlər Nazirliyi sazişlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə, Rusiya və Makedoniya hökumətlərinə bildiriş göndərməlidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti
Digər xəbərlər
Azərbaycan Qətər vətəndaşını antiterror siyahısına daxil edib
Biznes və iqtisadiyyat xəbərləri 30 Mart 2016 14:40
Azərbaycan antiterror sanksiya siyahısını genişləndirdi
Biznes və iqtisadiyyat xəbərləri 14 Dekabr 2015 15:48
Azərbaycanda terrorizmin maliyyələşdirilməsi və çirkli pulların yuyulması ilə mübarizə üzrə ilk sertifikatlaşdırılmış ekspertlər yaranıb
Biznes və iqtisadiyyat xəbərləri 27 İyun 2013 18:35
Xəbər lenti
3-cü mikrorayon bazarında baş verən yanğın söndürülüb (YENİLƏNİB-2) (VİDEO)
Hadisə 18:59
Bakıda yanğınla bağlı elektrikin verilişi dayandırılıb
Energetika 18:34
“Beynəlxalq ordu oyunları - 2020” gələn il avqustda başlayacaq (FOTO)
Siyasət 17:50
Fermerlərə aqrar kredit üçün müraciət imkanı yaradılacaq
İqtisadiyyat 17:39
Cəlilabadda həmyerlisinin şantajla 50 min manat pulunu və avtomobilini alan şəxs saxlanılıb (FOTO)
Hadisə 17:30
Masallıda payız ağacəkmə kampaniyası keçirilib (FOTO)
Cəmiyyət 17:24
Mixail Zabelin Azərbaycan Rus İcmasının sədri seçilib
Siyasət 17:19
"Taliban" hərbçilərə hücum etdi - 25 ölü
Dünya xəbərləri 17:06
İran bu ölkələrə 14 min ton alma ixrac edib
İqtisadiyyat 16:50
Ən çox oxunanlar
Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA
Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA
Rəfael Dadaşov yaxın günlərdə evə buraxılacaq
YAP 126 nəfər səlahiyyətli nümayəndənin adını MSK-ya təqdim edib
Nəzər nöqtəsi
Radikallar absurd bəyanatlar səsləndirməklə ölkədə gedən müsbət proseslərə kölgə salmağa çalışırlar - Deputat

Radikallar absurd bəyanatlar səsləndirməklə ölkədə gedən müsbət proseslərə kölgə salmağa çalışırlar - Deputat

ABŞ-ın əsas hədəfi qəbul edilən “qətnamə” vasitəsilə Türkiyəni cəzalandırmaq idi - Politoloq
Türkiyəli diplomat: ABŞ Senatının qondarma “erməni soyqırımı” ilə bağlı qətnaməsi hüquqi aspektdən məhrumdur
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri