Azərbaycan, Bakı, 25 iyun /Trend/
"Unibank" 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, Vətənə xidmət etməyi şərəf bilən hərbçilərimiz başda olmaqla, hər birinizi təbrik edir!
Bankdan Trend-ə verilən məlumata əsasən, bayramla əlaqədar olaraq, bank hərbçilər üçün xüsusi kampaniya keçirir. İyulun 1-dək davam edən kampaniya çərçivəsində hərbçilər "Unibank" filiallarına müraciət edərək, komissiyasız nağd kredit əldə edə bilərlər. Bu xüsusi aksiya həm manat, həm də dollar kreditlərinə şamil olunur.
0% komissiyalı nağd kredit kampaniyası çərçivəsində Unibanka müraciət edən dövlət qulluqçuları da, komissiyasız nağd kredit götürmək imkanı qazanırlar.
"Unibank" hazırda 40 filialı ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibank-ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək, şənbə günləri isə 10.00-dan 14.00-dək fəaliyyət göstərir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az ) və yaxud "facebook" və "twitter" səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank ) əldə etmək olar.