...

Azərbaycan biznesmenləri Qırğızıstana dəvətlidirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2015 19:58 (UTC +04:00)
Obyektin başlanğıc qiyməti 47 110 dollardır.
Azərbaycan biznesmenləri Qırğızıstana dəvətlidirlər

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir Maksim Tsurkov/

Qırğızıstan hökuməti yanında Dövlət Geologiya və Mineral Resurslar Agentliyi II Arpa-Takır sahəsində "Kuylu" qrafit yatağının istifadə hüququna dair hərracın keçirilməsini elan edib.

Trend-in Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən verdiyi məlumata görə, hərrac iyulun 23-də keçiriləcək.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr hərracda iştiraka dəvət olunurlar.

Obyektin başlanğıc qiyməti 47 110 dollardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti