Azərbaycan, Bakı, 21 iyul /Trend/
İyulun 16-ı ilə müqayisədə Azərbaycanda bu gün dolların manata nisbətdə rəsmi məzənnəsi dəyişib. Dollar bahalaşıb, avro isə ucuzlaşıb.
Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, iyulun 21-ə olan məlumata görə, ölkədə dolların rəsmi məzənnəsi 1.0499 (iyulun 16-ı 1.0495) manat səviyyəsində müəyyən edilib.
Avronun məzənnəsinə gəlincə, manata nəzərən avronun vahid valyutası isə ucuzlaşaraq 1.1365 (iyulun 16-ı 1.1477) manat olub.