Azərbaycan, Bakı, 24 iyul /Trend/
İyulun 23-i ilə müqayisədə Azərbaycanda bu gün dolların manata nisbətdə rəsmi məzənnəsi dəyişib. Dollar ucuzlaşıb, avro isə bahalaşıb.
Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, iyulun 24-ə olan məlumata görə, ölkədə dolların rəsmi məzənnəsi 1.0494 (iyulun 23-ü 1.0495) manat səviyyəsində müəyyən edilib.
Avronun məzənnəsinə gəlincə, manata nəzərən avronun vahid valyutası isə bahalaşaraq 1.1515 (iyulun 23-ü 1.1487) manat olub.