“Improtex Motors” BMW-nin 2 modelini təqdim edir (FOTO)

“Improtex Motors” BMW-nin 2 modelini təqdim edir (FOTO)

Azərbaycan, Bakı, 24 iyul /Trend/

Azərbaycan avtomobil sektorunun qabaqcıl şirkətlərindən biri olan "Improtex Motors" MMM əsaslı təmirdən sonra BMW satış və sərgi salonunun qapılarını yenidən açır və iki möhtəşəm və xarizmatik modeli təqdim edir - yeni BMW X5 M və X6 M. Bavariya avtomobil istehsalçısının həvəskarları üçün sözügedən salonu ziyarət edərək avtomobil seçimini maksimal rahat şəraitdə həyata keçirmək imkanı yaradılıb.

Əsaslı təmirdən sonra BMW avtosalonunun ümumi sahəsi 750 m2 təşkil edir ki, bundan 650 m2 ekspozisiya üçün ayrılıb. Yeni salonda eyni zamanda 20-dən çox avtomobil yer ala bilir, lakin rahatlığı və genişliyi təmin etmək üçün "Improtex Motors" şirkəti salonda eyni vaxtda 12 avtomobil modelinədək nümayiş etdirməyi qərara alıb. Şourumun ərazisi avtomobillərin bütün model xəttini və eksklüziv aksessuarları nümayiş etdirməyə imkan verir, avtosalonun ərazisində yerləşən Texniki Xidmət Mərkəzi istənilən müştərinin tələbini ödəyəcək.

"Əsaslı təmirdən sonra bizim avtosalonda resepşn və müştərilər üçün gözləmə zonası yer alıb. Ziyarətçilərə yeni texnologiyalar və BMW avtomobil salonunun hansı materiallardan işlənməsi ilə tanış olmaq imkanı yaradılacaq. Bundan başqa, bizim peşəkar məsləhətçilərimiz bütün sualları cavablandıraraq ziyarətçilərə düzgün seçim etməkdə də yardımçı olacaqlar. Müasir avadanlıqlarla təchiz olunmuş Texniki Xidmət Mərkəzinə gəldikdə, qeyd etmək olar ki, təmirdən sonra burada avtomobilləri qəbul edən iş yerlərinin yenidən təşkili yaradılıb və bunun əsas məqsədi təmir və xidmət göstərmək üçün avtomobillərin təhvil-təslimini yaxşılaşdırmaq, müştərilər üçün daha komfort şərait yaratmaq və onların məmnunluq hissini artırmaqdır. Müxtəsər, Bavariya avtomobil istehsalçısının rahatlığını və keyfiyyətini müştəriyə hiss etdirmək üçün bizim avtosalonda lazımi müasir şərait yaradılıb", - deyə "Improtex Motors" şirkətinin baş direktoru Həsən İsmayılov bildirib.

Onu da qeyd etmək lazımdır ki, Texniki Xidmət Mərkəzində 3D formatında avtomobil çarxlarının uyğunluğunu və aralanmasını, həmçinin meyl dərəcəsini göstərən çarxların maillik-toplaşma yeni stendi quraşdırılıb. Eyni zamanda, bu avadanlıq yeni 4 dayaqlı və uzadılmış platforma ilə qaldırıcı liftin montajını da nəzərdə tutur ki, sözügedən platforma uzun avtomobillərdə lazımi nizamlanma və ölçü götürməyə imkan yaradır. Bundan başqa, servis mərkəzi dinamometrik stend ilə də təchiz olunub. Bu stendin məqsədi avtomobilin dartıcı-dinamik və güc xassələrini müəyyənləşdirməkdir. Standart və idman sinfinə aid olan avtomobillərin gənc sahiblərinin çoxu avtomobillərinin texniki, əsasən də sürət və at gücü imkanları ilə maraqlanırlar. Adıçəkilən stend də məhz bu göstəriciləri müəyyənləşdirmək üçün nəzərdə tutulub. Texniki Xidmət Mərkəzində digər yeniliklərin tətbiqi yeni 7-ci nəsil BMW ilə əlaqədardır ki, bu modelin buraxılışı cari ilin oktyabr-noyabr aylarında gözlənilir.

Qeyd edək ki, Bakının Salamzadə küçəsi, 33 ünvanında yerləşən BMW avtomobil salonunun açılış mərasimi çərçivəsində "Improtex Motors" şirkəti 2015-ci ilin iki yeni modelinin təqdimatını da keçirib - BMW X5 M və BMW X6 M.

Yeni BMW X5 və X6 son nəslin ən güclü və sürətli modelləridir. İkinci X6 M və üçüncü X5 M modelləri əvvəlki mühərriklə təchiz olunsa da onun məhsuldarlığı 20 at gücü və 70 Nyuton-metr artıb. Yeni modellərin, həmçinin, texniki göstəriciləri, xarici dizaynı və salonun işlənməsi də dəyişikliyə məruz qalıb.

Bavariyalı mühəndislər 4,4 litr həcmə malik biturbo mühərrikini gücləndirdikdən sonra aqreqatın gücü 575 at gücü, maksimal fırlanma anı isə 750 Nyuton-metrədək artıb. Hazırda bu mühərriklə krossoverlər 100 km/saat sürəti cəmi 4,2 saniyəyə yığır ki, bu da əvvəlki versiyalardan 0,5 saniyə tezdir. Hər iki modelin maksimal sürəti 250 km/saat həddində ağıllı elektronika ilə məhdudlaşdırılıb. Güc aqreqatı ilə cütlükdə idman dinamikasını təmin edən yeni 8 pilləli "M Steptronic" avtomat transmissiyası və "xDrive" tam ötürmə sistemi çalışır.

Bundan başqa, hər iki krossover "M ServoTronic" tipli "Dynamic Control Damper System" (üç rejimdə çalışır) idarəetmə sistemi ilə təchiz olunub. Eyni zamanda, məhsuldar əyləc sistemi və 10 millimetr aşağı salınmış idman tipli asqı mövcuddur. Standart olaraq avtomobillər 20 düymlük alüminium təkər diskləri ilə komplektləşdirilib ki, bu disklər "Michelin Pilot Super Sport" xüsusi şinlərlə təchiz olunub.

Eksteryerin və interyerin dizaynına gəldikdə isə yolsuzluq avtomobili və kross-kupe təhdidedici, aqressiv qabaq bamperə, yenidən işlənmiş radiator barmaqlığına və aerodinamik yan ətəklərə sahibdirlər. Hər iki avtomobil havalanan ön qanadlar və yanlarda aerodinamik arxa görünüş güzgüləri əldə edib. İdman tərzi arxa hissədə də davam edir. Burada fərqləndirici bamper və yeni idman xaricetmə sisteminin dörd ədəd borusu ilə əhatə olunan diffuzor görmək mümkündür. Salonda idman üslubunda hazırlanmış sükanı və oturacaqları da qeyd etmək olar. Salon yüksək keyfiyyətli dəri və alkantara ilə işlənib. Opsiyalar arasında "Harman Kardon"dan olan akustikanı, 4 zonaya işləyən iqlimə nəzarət sistemini, həmçinin daha çox funksiya əldə edən proyeksiyalı LCD displeyi vurğulamaq olar.

"Yeni M versiyaları adi vəziyyətdə görəndə, insanın ürək döyüntüləri tezləşir. Təsəvvür edin ki, onların sahibləri sükan arxasında olarkən nələr yaşayır. Biz şadıq ki, yeni BMW X5 M və BMW X6 M Azərbaycandakı sürət və lüks sinfindən olan avtomobillər həvəskarları üçün əlçatan olub. Biz bütün müştərilərimizi avtomobil modellərimizin texnoloji üstünlüyə malik olduğuna əmin olmaq və düzgün seçim etmək üçün təmirdən yeni çıxmış BMW satış və sərgi salonuna dəvət edirik", - deyə BMW konsernin Şərqi Avropa üzrə müdiri Reynhard Mund bildirib.

"Improtex Motors" haqqında:
"Improtex" Şirkətlər Qrupunun tərkib hissəsindən biri "Improtex Motors" MMM-dir. Əsas fəaliyyəti premium sinifli avtomobilləri ilə bağlı olan "Improtex Motors" MMM 1998-ci ildə yaradılaraq, peşəkar və keyfiyyətli işi sayəsində ölkənin avtomobil bazarında ən etibarlı və hörmətli tərəfdaş adını qazanmışdır. "Improtex Motors" şirkəti BMW, "Rolls-Royce", "MINI", "Alpina" və BMW motosikllərinin rəsmi idxalçısıdır və qeyd edilən brendlərin yeni model sırasını Azərbaycan avtomobil bazarında layiqincə təqdim edir. Hər yeni təqdimat təmtəraqlı şəkildə qeyd edilir.
Hazırda, şirkətin yeni avadanlıqlarla təchiz olunan və bütün müasir standartlara tam cavab verən 3 sərgi-satış salonu və servis mərkəzi vardır.
Azərbaycan avtomobil sektorunda qabaqcıl şirkətlərindən biri olan və 16 ildən artıq fəaliyyət göstərən "Improtex Motors", Azərbaycan avtomobil bazarında özünü etibarlı və nüfuzlu şirkət kimi ifadə edərək, uzunmüddətli peşəkar fəaliyyəti sayəsində müştərilərin etibarını və hörmətini qazanmışdır.

Bu ölkələrdə koronavirusa yoluxdurmağa görə külli miqdarda cərimə kəsiləcək
Bu ölkələrdə koronavirusa yoluxdurmağa görə külli miqdarda cərimə kəsiləcək
Rio-de-Janeyroda "Braziliya" ştammının yeni mutasiyası aşkarlanıb
Rio-de-Janeyroda "Braziliya" ştammının yeni mutasiyası aşkarlanıb
Qətərin korrupsiyada ittiham edilən maliyyə naziri işdən azad edilib
Qətərin korrupsiyada ittiham edilən maliyyə naziri işdən azad edilib
Loading Bars
Xəbər lenti
Daha 3 qazimiz əməliyyat olundu (FOTO)
AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olunub (FOTO)
Bakıda kütləvi davada qətl törədən dəstənin istintaqı başa çatdı
Keçmiş nazir müavininin cinayət işi məhkəməyə göndərildi
Ucarda mikroavtobusla evakuator toqquşub
Bu ölkələrdə koronavirusa yoluxdurmağa görə külli miqdarda cərimə kəsiləcək
Azərbaycanın Ro-Pax tipli gəmi-bərəsi ilk səfərinə çıxıb (FOTO)
Bakıda binadan başına daş düşən yeniyetmənin ölümü ilə bağlı cinayət işi başlandı
Mayın 7-də xarici valyutaların manata qarşı məzənnələri
Qazaxıstanda koronavirusa daha 2 840 nəfər yoluxub
Dünya avtomobil şirkətləri bu ilin ilk yarısında istehsalı 2 milyon azaldacaq
Çexiya Aİ ölkələrindən aşılanan turistlər üçün sərhədləri açır
Fələstin-İsrail münaqişəsində vəziyyət nəzarətdən çıxa bilər - BMT-nin xüsusi koordinatoru
Rio-de-Janeyroda "Braziliya" ştammının yeni mutasiyası aşkarlanıb
ABŞ hərbi komandanlığı qüvvələrinin Əfqanıstandan sentyabra qədər çıxarılmasına əmindir
Braziliyanın paytaxtında silahlı toqquşma: ən azı 25 ölü
Qətərin korrupsiyada ittiham edilən maliyyə naziri işdən azad edilib
Kolumbiya mətbuatı Qarabağda Ermənistanın apardığı kütləvi minalama haqda yazıb
Türkiyədə son sutkada koronavirusdan 37 298 nəfər sağalıb
ABŞ-ın Çin raketini vurmaq planı olmayıb - Pentaqon
Xalq artisti Arif Quliyev vəfat edib
Dünyada ötən sutka koronavirusa 847 mindən çox yoluxma qeydə alınıb - ÜST
Ceyhun Bayramov “TRACECA”nın Baş katibi Aset Asavbayev ilə görüşüb (FOTO)
Latviya hökumətinin qondarma "erməni soyqırımı" barədə qərarını rədd edirik - Türkiyə MN
Sabiq Maldiv prezidenti partlayış nəticəsində yaralanıb
Mingəçevir Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş konfransın bölmə iclası keçirilib (FOTO)
Rusiya ilə ABŞ arasındakı münasibətlərin formatı barədə Putin qərar verəcək - ABŞ Dövlət katibi
Türkiyənin İraqdakı baş kosulluğu 7 illik fasilədən sonra fəaliyyətini bərpa edib
MDU-da “Sığorta biliklərinin formalaşdırılması” mövzusunda dəyirmi masa keçirilib
İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri dövlətimizin başçısının daim diqqət mərkəzindədir - Samir Nuriyev (FOTO)
Qida əlavələrinin sənayedə istifadəsi
Azərbaycan İlahiyyat İnstitutu dekanının elmi məqaləsi impakt faktorlu jurnalda dərc olunub
Heydər Əliyevin siyasi fəaliyyəti hər zaman milli ideallara bağlı olub -Tamam Cəfərova
Energetika Nazirliyi və Masdar şirkəti hidrogen istehsalı üzrə birgə seminar keçirib (FOTO)
Mingəçevir Dövlət Universitetində tələbə və magistrantlara smart tələbə kartları təqdim olunub (FOTO)
Qlobal iqtisadi çağırışlar: Azərbaycanın işğaldan azad olunmuş ərazilərində sosial-iqtisadi inkişafın əsas istiqamətləri (FOTO)
ATƏT-in hazırkı sədri Azərbaycanın 3 ermənini azad etməsini alqışlayıb
UNEC-də ulu öndərin 98-ci ildönümünə həsr olunan konfrans keçirilib (FOTO)
DGK bayram günləri gündəlik iş rejimində fəaliyyət göstərəcək
Buraxılış imtahanlarının nəticələri AÇIQLANIB
Qətərin maliyyə naziri həbs olunub
Yeni Galaxy A seriyası ilə enerji topla və # tükənməzenerji rəqs çellencində iştirak et
Mayın 7-nə USD/AZN rəsmi məzənnəsi
Bakıda bu yol müvəqqəti bağlanır
Baş Prokurorluğun xəbərdarlıq etdiyi Xalidə Bayramova vəzifəsindən azad olundu
ÜGT-nin sessiyalarının gündəliyində duran məsələlər müzakirə edilib (FOTO)
Yerevan üçtərəfli bəyanatın icrası ilə bağlı bütün səyləri göstərməyə hazırdır - Paşinyan
Azərbaycan Veteranlar Təşkilatından Sergey Lavrova müraciət: Xocavənddə faşist Njdeyə aid heykəlin sökülməsi vacibdir
21 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb
Ombudsman beynəlxalq təşkilatlara müraciət edib
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Rusiyaya təhvil verib
"Real Madrid" Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib
"Baku Book Center"də “Bir ömür belə keçdi” kitabının təqdimatı keçirilib (FOTO)
Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi yad edilib (FOTO)
Əsl simalarını dünyaya göstərsək, onlara təsir edəcəklər - Deputat
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Paşinyan parlament seçkiləri üçün blok yaratmayacaq
Azərbaycanda 2 057 nəfər COVID-19-dan sağalıb, 844 nəfər yoluxub
Bu il Azərbaycanda qeyri-neft ixracı artıb - Nazir
Koçaryan Paşinyanı məhkəməyə verdi - Ondan 4 min dollar istəyir
Qusarda qar daha çox bu ərazilərə yağıb
16 obyekt karantin qaydalarını pozduğuna görə cərimələnib
Hazırda 1200-dən çox şəxs daimi dövlət himayəsində yaşayır - Nazir
Odlar Yurdu Universitetində “Mən Qarabağam" layihəsi çərçivəsinə sərgi keçirilib (FOTO)
Bakıda piyada keçidinin üzərində yeni işıqlandırılma sistemləri tətbiq edilib (VİDEO)
ATƏT Minsk qrupunun son bəyanatında "hərbi əsirlər" ifadəsini işlətməməsi Ermənistanı hiddətləndirib
Kazım Qurbanov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib
AzEduNet şirkəti xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək olacaq
Vergi və gömrük güzəştləri ilə bağlı Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi yaradılıb
Azərbaycanlı idmançılar üçün yaradılmış imkanlar heyrətləndirir - Ukraynalı məşqçi Milli Gimnastika Arenası haqqında (VİDEO)
Gəncə Dövlət Universiteti ulu öndərin anadan olmasının 98-ci ildönümü ilə bağlı beynəlxalq konfransa ev sahibliyi edib (FOTO)
Bugünədək 295 minə yaxın fermerə 121 milyon manatdan çox subsidiya ödənilib
Millət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib (FOTO)
ANAMA yeni minatəmizləmə texnikaları almağı planlaşdırır
26 subartezian quyusunun qazılması üçün 1,82 milyon manat ayrılıb - Sərəncam
Ümummilli lider Heydər Əliyevin 98 illiyinə həsr olunan bilik yarışı keçirilib (FOTO/VİDEO)
Şuşaya çəkilən ikinci yolda işlər sürətləndirilib (VİDEO)
Vətən Müharibəsi qəhrəmanları ilə bağlı mənzillər, xatirə yerləri tarixi abidə hesab olunacaq
Şuşada İsa Bulağına yol çəkiləcək
Azərbaycan səhiyyəsi Heydər Əliyevin müəyyənləşdirdiyi strateji yolla inamla addımlayır
Qarabağda “yaşıl enerji” zonasının yaradılması üçün Yaponiya şirkəti ilə müqavilə imzalanıb
Qarabağda dinc həyatın təmin olunması üçün həyata keçirilən prosesləri siyasiləşdirmək lazım deyil - Lavrov
Vətən uğrunda döyüşlərə görə ordenlə təltif olunanların adları əbədiləşdiriləcək
Vətən Müharibəsi Qəhrəmanlarının dəfni ilə bağlı qayda müəyyən edilir
Balıqçı gəmilərinin hərəkəti ilə bağlı qaydalar dəyişir
Qazaxıstan şirkəti Azərbaycanda “ağıllı" kənd və şəhər layihələrində iştirak edəcək
Bu şəxslərin dəfn mərasimi zamanı hərbi ehtiram göstəriləcək
İranda ötən sutka 338 nəfər koronavirusdan ölüb
Qəbələdə ağır yol qəzası - 3 ölü, 5 yaralı
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin zəngin irsi dünya ədəbiyyatında özünəməxsus yer tutur (FOTO)
İstanbulda yaşayış binası çökdü (VİDEO)
Dövlət Vergi Xidmətinə rəis təyin olundu - SƏRƏNCAM
Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinə rəis təyin edib (YENİLƏNİB)
Sabah 25 dərəcəyədək isti olacaq
Bundan sonra da vaksinlərin gətirilməsi təmin ediləcək - Teymur Musayev
Qarabağda vəziyyət normallaşıb, xırda insidentlərin qarşısı dərhal alınır - Lavrov
Körpüdə intihara cəhd olub - Yolda sıxlıq yaranıb (FOTO)
Kəndlərdə elektrik enerji təchizatı şəbəkəsi yenidən qurulur (VİDEO)
Azərbaycanda koronavirusa ən çox bu yaşda olanlar yoluxur
Ağdam rayonunun Qarapirimli kəndi (FOTO/VİDEO)
Bütün xəbərlər