...

Amrahbank-ın "Mastercard" plastik kartları "3D Secure" sisteminə qoşuldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Avqust 2015 11:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 avqust /Trend/

"Amrahbank" ASC müştərilərinin təhlükəsizliyini düşünərək 29 iyul 2015-ci il tarixdən etibarən Amrahbank "Mastercard" kartlarının sahiblərinə "3D Secure" sisteminə qoşulmaq imkanını yaratdı.

"3D Secure" - internet vasitəsilə aparılan əməliyyatlarda dələduzluq hallarından mühafizə və ödənişlərin təhlükəsizləşdirilməsi imkanını verən qabaqcıl bir texnologiyadır. Bu texnologiyanın iş prinsipi müştərinin autentifikasiyasının yalnız müştəriyə aid olan və kartın üzərində qeyd edilməyən xüsusi "3D" şifrəsi vasitəsilə "AzeriCard" prosessinq mərkəzinin mühafizə olunan səhifəsində aparılmasına əsaslanır. "3D Secure" təhlükəsizlik standartını dəstəkləyən saytlarda (bir qayda olaraq, "MasterCard Secure Code" loqotipi ilə işarələnir) mal və ya xidmətlər üçün ödəniş edən zaman müştəri "AzeriCard" səhifəsinə keçir, orada "3D" şifrəsini daxil edir və yalnız şifrənin təsdiqindən sonra ödənişi keçirir. Belə ki, plastik kartın özü və ya üzərindəki məlumatlar itirildikdə/oğurlandıqda kartın sahibindən başqa və ya onun xəbəri olmadan internet vasitəsilə əməliyyat aparıla bilməz.

"3D Secure" xidmətinə qoşulmaq üçün kart sahibləri qeydiyyatdan keçməlidir. Bunun üçün müştərilər istənilən bankomatın XİDMƏTLƏR menyusuna daxil olub, ordakı "İnternet Banking və 3D Secure üçün birdəfəlik parollar siyahısı" bölməsini seçməli və birdəfəlik şifrələr qeyd edilmiş çeki çap etməlidirlər. "SMS-Xəbərdarlıq" xidmətinə qoşulmuş müştərilər qeydiyyat şifrəsinin mobil telefona göndərilməsini istəyirlərsə bu çeki çap etməyə bilərlər. Qeydiyyat "AzeriCard" səhifəsində "3DS ŞİFRƏSİNİ ƏLDƏ ET" bölməsində https://acs.3dsecure.az/way4acs/enroll?language=az link istifadə olunaraq aparılır.

Qeydiyyatdan keçəndən sonra, "3D Secure" proqramını dəstəkləyən internet-mağazada əməliyyatı uğurla tamamlamaq üçün, "3D" şifrəsinin daxil edilməsi tələb olunacaq. Bu şifrə, müştərinin seçiminə görə, üç üsulla əldə oluna bilər:

- "İnternet Banking və 3D Secure üçün birdəfəlik parollar siyahısı"ndan
- SMS vasitəsi ilə ("SMS Xəbərdarlıq" xidmətinə qoşulmuş müştərilər üçün)

- Qeydiyyat zamanı daxil edilmiş daimi şifrə

"3D Secure" xidməti pulsuzdur.

Müştərilərin diqqətinə çatdırılır ki, yaxın zamanlarda Amrahbank "VISA" kartlarının sahibləri üçün də bu xidməti aktiv ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti