...

“Coca-Cola Məktəbli Kuboku” yenidən gənc futbolçuları bir araya toplayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Avqust 2015 15:19 (UTC +04:00)
“Coca-Cola Məktəbli Kuboku” yenidən gənc futbolçuları bir araya toplayır
“Coca-Cola Məktəbli Kuboku” yenidən gənc futbolçuları bir araya toplayır

Azərbaycan, Bakı, 24 avqust /Trend/

"Coca-Cola Məktəbli Kuboku" yenidən gənc futbolçuları bir araya toplayır.

Artıq 4 ildir ki, "Coca-Cola" şirkəti, AFFA və Azərbaycan Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə "School Cup" ("Məktəbli Kuboku") turniri keçirilir. Bu il turnirdə iştirak etmiş VII və IX siniflərdə təhsil alan gənc futbolçuların sayı 200 mindən çox olmaqla rekord bir göstəriciyə çatıb. Turnir Azərbaycanın 74 şəhər və rayonundan olan 2000-dən artıq məktəbi əhatə edib. Ümumilikdə isə, son 4 il ərzində Məktəbli Kuboku yarışlarında 800 mindən çox məktəbli iştirak edib.

Futbol yalnız Braziliyada deyil, dünyanın hər yerində sevimli idman növüdür. Demək olar ki, hər bir azərbaycanlı oğlan uşağı gələcəkdə yeni Ronaldo və Messi olmağı istəməsə də, ən azından məhəllədə hamıdan yaxşı futbol oynamağı arzulayır. Valideynlərin, həmçinin cəmiyyətin bu işdə vəzifəsi qeyd olunan arzunu dəstəkləmək, uşaqlara futbolu mənimsəməyə və idmanı həyatlarının ayrılmaz hissəsinə çevirməyə yardımçı olmaqdan ibarətdir. Məhz bu amillər məktəblinin sağlamlığının başlıca təminatıdır.

""Coca-Cola" şirkəti bütün dünyada futbol üzrə məktəbli çempionatlarını dəstəkləyir. Belə ki, fəal və sağlam həyat tərzinin inkişafı məhz uşaq yaşlarından başlanılmalıdır. Biz çox şadıq ki, Azərbaycanda keçirilən turnirin coğrafiyası ildən-ilə genişlənir və iştirakçıların sayı sürətlə artır. Bu il onların sayı 200 mindən çox olub. Əminliklə deyə bilərəm ki, bu turnirin məzunları gələcəkdə ən dəyərli arzularını reallaşdıraraq futbol üzrə Azərbaycan milli komandasının oyunçuları ola bilərlər", - deyə "Azerbaijan Coca-Cola Bottlers" şirkətinin baş direktoru Cem Becel bildirib.

Gələcəyin çempionlarını "Coca-Cola Məktəbli Kuboku" turnirinə əzmlə hazırlaşdıran məşqçilər təşkilatçılara minnətdarlığını bildirib və adıçəkilən yarışın keçirilməsinin böyük əhəmiyyətini vurğulayıblar.

"Turnir bizim üçün böyük önəm kəsb edir. Belə ki, "Coca-Cola Məktəbli Kuboku" uşaqlara zəruri təcrübə qazandırmaqla yanaşı, gənc futbolçulara beynəlxalq arenaya çıxış fürsəti təqdim edir. 10 avqust tarixində komandamızın altı oyunçusu Bolqarıstanın Albena şəhərində keçirilən "Albena Cup" beynəlxalq turnirində ölkəmizi təmsil edən "Təhsil" İdman Mərkəzinin Gəncə filialının yığmasının heyətində çıxış edib", - deyə "Coca-Cola Məktəbli Kuboku 2015"in qalibi olmuş Gəncənin 24 nömrəli məktəbinin futbol komandasının baş məşqçisi İlham Səmədov bildirib.

Gənc futbolçuların əksəriyyəti üçün belə bir turnirdə iştirak idmana, sağlam həyat tərzinə marağı artırır, dünyagörüşünü genişləndirməyə, həmçinin Azərbaycanın müxtəlif şəhər və rayonlarından olan iştirakçılarla təcrübə mübadiləsi aparmağa fürsət yaradır. "Birinci Avropa Oyunları və "Coca-Cola Məktəbli Kuboku" turniri rayonumuzun uşaqlarını idman və bədən tərbiyəsi ilə məşğul olmağa, bir sözlə, fəal və sağlam həyat tərzinə ruhlandırıb. Hər iki idman tədbiri uşaqlara böyük təsir göstərməklə idmanı həyatlarının ayrılmaz tərkib hissəsinə çevirib. AFFA, "Coca-Cola" şirkəti və Təhsil Nazirliyinə belə bir turnirin ərsəyə gəlməsinə görə təşəkkür edirəm. Uşaqların gözlərində peşəkar futbolçu olmaq arzusunu görmək möhtəşəm bir hissdir. Qeyd edim ki, hazırda komandamızın bir neçə futbolçusu Kürdəmir rayonunun yığmasına cəlb olunub", - deyə "Coca-Cola Məktəbli Kuboku 2015"in gümüş mükafatçısı olmuş Kürdəmir rayonu Mürtülü kənd orta məktəbinin futbol komandasının baş məşqçisi Vəlixan Dadaşov qeyd edib.

"Coca-Cola Məktəbli Kuboku 2015"in keçirilməsindən sonra futbolla məşğul olmaq istəyənlərin və bununla əlaqədar məşqçilərə müraciət edənlərin sayı durmadan artır. Sadalananlar Azərbaycanda futbolun inkişafından və turnir təşkilatçılarının bu prosesdə əhəmiyyətli rolundan xəbər verir.

"Son zamanlar Azərbaycan futbolunun inkişafı, bu idman növünün kütləviləşdirilməsi və uşaq futbolunun inkişaf etdirilməsi istiqamətində görülən işlər, həmçinin müvafiq infrastrukturun müasir tələblərə uyğun təkmilləşdirilməsi müsbət nəticələr verir.

Sevindiricidir ki, fəaliyyətimiz dünyaca məşhur nüfuzlu şirkətlərin diqqətini cəlb edir. İnanıram ki, AFFA və "Coca-Cola" arasındakı sıx əməkdaşlıq ölkəmizdə futbolun inkişafına əhəmiyyətli töhfəsini verməkdə davam edəcək. Həm U-13 Liqası, həm də "Coca-Cola Məktəbli Kuboku" layihəsi mühüm əhəmiyyətə malikdir. Belə ki, bu, birbaşa olaraq uşaq futbolunun inkişafına hədəflənib", - deyə AFFA-nın Məşqçilər Komitəsinin rəhbəri Vaqif Sadıqov bildirib.
Bu il "Coca-Cola Məktəbli Kuboku"nun Hövsan Olimpiya İdman kompleksində baş tutmuş final oyunu turnirin iştirakçıları və tamaşaçılar üçün əsl bayrama çevrilib. Kompleksin mərkəzi hissəsində final oyununa həsr olunmuş xatirə şəkilləri çəkdirmək üçün xüsusi zona təşkil olunmuşdu. Bundan əlavə keçirilmiş lotereya nəticəsində qalib xüsusi hədiyyə ilə mükafatlandırılıb. "Bakı 2015" Avropa Oyunlarının rəsmi tərəfdaşı olan "Coca-Cola" gənc futbolçuları dəstəkləmək üçün tədbirin xüsusi qonaqları qismində çimərlik futbolu üzrə Azərbaycan milli yığmasının üzvlərini dəvət edib. Millimizin üzvləri qalibləri təltif edib və finalın iştirakçıları ilə xatirə şəkili çəkdirib. Ümid edək ki, bu görüş Azərbaycan idmanının gələcək ulduzları olmaqla öz arzularına çatacaq gənc idmançılara uğur gətirəcək.

Builki final mərasiminın süjeti ilə bu link vasitəsilə tanış olmaq mümkündür:https://www.youtube.com/watch?v=xf3vRuUbPR8&feature=youtu.be

"Coca Cola" şirkəti haqqında:

"Coca-Cola" şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. "Coca-Cola" şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Dünyada ən çox tanınan və ən bahalı brendlərdən olan "Coca-Cola" ilə yanaşı şirkətin portfoliosuna dəyəri 1 mlrd. ABŞ dollarını ötən 20 brend daxildir. Bunların sırasına "Diet Coke", "Fanta", "Sprite", "Coca-Cola Zero", "vitaminwater", "POWERADE", "Minute Maid", "Simply", "Georgia", "Dasani", "FUZE TEA" və "Del Valle" kimi brendlər aiddir. Qlobal miqyasda "Coca-Cola" şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. "Coca-Cola" şirkəti hər gün 1,9 mlrd. içki porsiyası realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə "Coca-Cola" şirkəti dünyada TOP-onluğa daxildir. "Coca-Cola" şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti