Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir Azad Həsənli/
"Fitch Ratings" beynəlxalq agentliyinin reytinq verdiyi Azərbaycan bankları manatın daha 40 faiz dəyərdən düşməsinə tab gətirmək üçün kifayət qədər kapital həcminə malikdirlər. Trend-in məlumatına görə, bu barədə agentliyin Azərbaycanın bank sektoruna həsr edilmiş hesabatında deyilir.
"Fitch" kreditlər üzrə itkilərin artmasını nəzərə alınmaqla, bəzi bankların kapitallaşmasının ortamüddətli perspektivdə xeyli təzyiq yaşayacağını gözləyir.
Hesabatda deyilir ki, 2015-ci ildə Azərbaycan iqtisadiyyatının artım tempi 1,5 faizədək azala bilər. Heaabatın müəllifləri gözləyirlər ki, 2015-ci ildə bank sektorunda kreditləşməsinin sıfır artımını (mübadilə məzənnəsinin təsiri və Azərbaycan Beynəlxalq Bankının kreditlərinin satışı nəzərə alınmadan) gözləyir: "Çox güman ki, 2016-cı ildə kreditlərə tələbat zəif olacaq".