...

"Maraqların toqquşması və onun həlli"

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Sentyabr 2015 16:43 (UTC +04:00)
Dövlət müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinə dair növbəti təlim keçirilib.
"Maraqların toqquşması və onun həlli"

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

Azərbaycan Prezidentinin 5 sentyabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq, sentyabrın 22-də İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqi ilə bağlı "Maraqların toqquşması və onun həlli" mövzusunda təlim keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə 20-dən çox dövlət müəssisəsinin nümayəndəsi iştirak edib.

Təlimdə çıxış edən İqtisadiyyat və Sənaye Nazirliyinin Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə maraqların toqquşmasının mahiyyəti və səbəbləri, onların həlli, maraqlar toqquşmasının qarşısının alınması üsulları barədə iştirakçılara məlumat verib. Tədbir çərçivəsində maraqların toqquşması prosesində yaranan münasibətlərin tənzimlənməsinə dair mövcud qanunvericilik və beynəlxalq təcrübə barədə məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.

Ümumilikdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqi ilə bağlı 38 istiqaməti əhatə edən 8 mövzu üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur. Artıq 6 mövzu üzrə təlimlər keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti