...

Azərbaycan və Serbiya iqtisadi əməkdaşlığı müzakirə edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Sentyabr 2015 12:02 (UTC +04:00)
Azərbaycan və Serbiya yaxın illər üçün ticari-iqtisadi əməkdaşlığın inkişaf imkanlarını nəzərdən keçirəcəklər.
Azərbaycan və Serbiya iqtisadi əməkdaşlığı müzakirə edəcək

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir Səba Ağayeva/

Azərbaycan və Serbiya yaxın illər üçün ticari-iqtisadi əməkdaşlığın inkişaf imkanlarını nəzərdən keçirəcəklər. Danışıqlar sentyabrın 28-29-da Bakıda keçiriləcək ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın IV iclası çərçivəsində keçiriləcək. Bunu Trend-ə Serbiyanın Azərbaycandakı səfirliyinin birinci müşaviri Milorad Tsrevar deyib.

Onun sözlərinə görə, Serbiya nümayəndə heyətinə Baş nazirin müavini və xarici və daxili ticarət və telekommunikasiyalar naziri Rasim Lyaiç başçılıq edəcək. Nümayəndə heyətinə Serbiyanın igüzar dairələrinin nümayəndələri də daxil olacaq.

R.Lyaiçin Azərbaycan hökumətində, xüsusilə də Baş nazirin müavini, iqtisadiyyat və sənaye, mədəniyyət və turizm, rabitə və yüksək texnologiyalar nazirləri ilə görüşləri nəzərdə tutulub.

Hökumətlərarası komissiyanın iclasının yekunları üzrə protokolun imzalanması gözlənilir.

Azərbaycan tərəfindən hökumətlərarası komissiyaya iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev başçılıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti