...

Korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqinə dair növbəti təlim

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Sentyabr 2015 15:46 (UTC +04:00)
Artıq 7 mövzu üzrə təlimlər keçirilib.
Korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqinə dair növbəti təlim

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqi ilə bağlı "Daxili nəzarət. Risklərin idarəolunması" mövzusunda təlim keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məəlumata görə, tədbirdə 20-dən çox dövlət müəssisəsinin nümayəndəsi iştirak edib.

Təlimdə çıxış edən İqtisadiyyat və Sənaye Nazirliyinin Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə daxili nəzarət və risklərin idarə olunması institutları, onların məqsəd və vəzifələri, fəaliyyət prinsipləri, risklərin növü və təsnifatlaşdırılması barədə məlumat verib. Tədbir çərçivəsində mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Azərbaycan Prezidentinin 5 sentyabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq, korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqi ilə bağlı 38 istiqaməti əhatə edən 8 mövzu üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur. Artıq 7 mövzu üzrə təlimlər keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti