...

Əmək haqlarının gecikdirilməsi ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə 6 438 şikayət daxil olub (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2015 12:18 (UTC +04:00)
2015-ci il yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinə vətəndaşlardan 6 438 şikayət daxil olub.
Əmək haqlarının gecikdirilməsi ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə 6 438 şikayət daxil olub (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

2015-ci il yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinə vətəndaşlardan 6 438 şikayət daxil olub.

Trend-in məlumatına görə, bunu mətbuat konfransında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbəri Fuad Əlizadə deyib.

Onun sözlərinə görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb: "Şikayətlər əsasən işverənlərin əmək haqlarını gecikdirmələri ilə bağlıdır. Hesabat dövründə ümumilikdə 1,5 milyon manat məbləğində əmək haqqı gecikdirilib. Bu dövr ərzində təşkilatlardan Dövlət Xidmətinə 4 min sörğu göndərilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisini 2,8 dəfə üstələyir".

F.Əlizadə qeyd edib ki, cari ilin 9 ayı ərzində 13,15 min müxtəlif qanun pozuntusu aşkarlanı: "Şikayətlərin təqribən 85 faizi müsbət həll edilib. Şikayətlərlə əlaqədar 5 635 hüquqi və vəzifəli şəxs inzibati məsuliyyətə cəlb edilib. Ümumilikdə onlar 3,6 milyon manat cərimə ödəyiblər ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 180 min manat çoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti