...

Efiopiya Azərbaycan şirkətlərini investisiya qoymağa dəvət edir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2015 20:08 (UTC +04:00)
Azərbaycanın Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Elman Abdullayev bu ölkənin sənaye naziri Əhməd Abtevlə görüşüb.
Efiopiya Azərbaycan şirkətlərini investisiya qoymağa dəvət edir (FOTO)

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Azərbaycanın Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Elman Abdullayev bu ölkənin sənaye naziri Əhməd Abtevlə görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı E.Abdullayev Azərbaycan haqqında geniş məlumat verərək, Azərbaycanın iqtisadi uğurları və ölkəmizin regionun aparıcı sənaye mərkəzinə çevrildiyini efiopiyalı rəsminin diqqətinə çatdırıb.

Azərbaycanın sürətli inkişafı nəticəsində iqtisadiyyatımızın bütün sahələrində böyük nailliyyətlərin əldə edildiyini vurğulayan səfir ölkəmizin regionun əsas investoru olduğunu bildirib.

Ə.Abtev Azərbaycanın sənaye sahəsində uğurlarını yüksək qiymətləndirərək, ölkəsinin Azərbaycanla əməkdaşlıq etməyə maraqlı və hazır olduğunu qeyd edib.

Nazir Azərbaycan şirkətlərini Efiopiya iqtisadiyyatına investisiya qoymağa dəvət edib və Azərbaycan şirkətlərinin Efiopiyada fəaliyyəti üçün münbit şəraitin yaradılacağını vurğulayıb.

Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişafı üçün böyük potensialın mövcud olduğu və qarşılıqlı səfərlərin həyata keçirilməsi, təcrübə mübadiləsinin aparılması və hüquq-müqavilə bazasının yaradılması vacibliyi qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti