Azərbaycan, Bakı, 12 oktyabr /Trend/
Xəbər verildiyi kimi, "Expressbank" bank kartlar üzrə "MasterCard" ilə birgə "Kartla al" adlı aksiya keçirir. Bankdan Trend-ə verilən məlumata görə, aksiyanın sentyabr ayı üzrə qalibləri müəyyən olunub.
"Expressbank"ın Yasamal və Sumqayıt filiallarının müştərisi, müvafiq olaraq, "iPad Mini" planşeti və "iWatch" saatı, 130 nəfər isə "Charger" (enerji doldurma cihazı) qazanıb.
Aksiyanın şərtlərinə görə, ay ərzində ən çox həcmdə nağdsız ödəniş edənlər planşet (iPad), ən çox sayda nağdsız ödəniş edənlər smart saat (iWatch), ümumi ödənişlərin cəmi 100 AZN-dən az olmamaqla minimum 3 ödəniş edənlər isə "Charger" qazana biləcəklər.
Qeyd edək ki, müştərilər "Maestro" kartını 6 AZN, "MasterCard Standard" kartını isə 8 AZN-ə əldə edə bilərlər. Müştərilər hesaba minimum 400 AZN ilkin mədaxil etməklə "MasterCard" Gold, 800 AZN ilkin mədaxillə isə "MasterCard Platinum" kartlarını filiallarda və ya onlayn sifariş edə bilərlər. Müştəri kartı aldığı gün hesaba mədaxil etdiyi məbləğdən komissiyasız istifadə edə bilər.
"Expressbank"ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-i isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS-terminal və 300-dək "ExpressPay" ödəniş terminalı var.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi "facebook" səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.