...

Azәrbaycan vә İranın dәmiryol xәtlәri birlәşәcәk

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2015 13:07 (UTC +04:00)
Bu mәqsәdlә Azәrbaycan tәrәfdә 8 km, İran tәrәfdә isə 2 km dәmiryol xәtti çәkilmәlidir.
Azәrbaycan vә İranın dәmiryol xәtlәri birlәşәcәk

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir Təmkin Cəfərov/

2016-cı ilin sonuna kimi Azәrbaycan vә İranın dәmiryol xәtlәri birlәşәcәk. Trend-in mәlumatına görә, bunu İranın Azәrbaycandakı sәfiri Möhsün Pakayin 9-10 oktyabr tarixlәrindә iki ölkənin nümayəndə heyətlərinin Astarada keçirilən görüşünün nәticәlәrini şərh edərkən deyib.

M.Pakayin bildirib ki, bu mәqsәdlә Azәrbaycan tәrәfdә 8 km, İran tәrәfdә isə 2 km dәmiryol xәtti çәkilmәlidir: "Azәrbaycan artıq 10 günә bu prosesә başlayacağını bildirib. Hәmçinin Astara çayının üzәrindә körpü tikilmәlidir. Bu körpünün inşası barәdә dә artıq razılıq әldә olunub. Hәr iki ölkә Asiya vә Avropaya açılan bir qapıdır vә tranzit vә yükdaşıma mәrkәzinә çevrilmәk niyyәtindәdir. Hәmçinin 4 milyon ton potensiala malik gömrük terminalı inşa olunacaq".

Sәfir Rәşt-Astara dәmiryolu xәttinin tikintisinә dә toxunaraq onunla bağlı işlәrin hәlә başlamadığını deyib: "Hazırda Çin vә Rusiya ilә Rәşt-Astara dәmiryolu xәttinin tikintisinә maliyyә ayrılması barәdә danışıqlar aparılır. Bu dәmiryol xәttinin uzunluğu 170 km olacaq. Nәticәdә Fars körfәzi ilә Rusiya arasında dәmiryol xәtti birlәşәcәk vә yüklәr daşınacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti