...

“Glenfiddich” Bakıda növbəti master-klasslar təşkil edib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2015 14:58 (UTC +04:00)
“Glenfiddich” viskisinin MDB ölkələrində brend səfiri olan Aleksandr İvçenko Azərbaycana səfəri çərçivəsində barmenlər və hotel biznesinin nümayəndələri üçün növbəti master-klasslar keçirib.
“Glenfiddich” Bakıda növbəti master-klasslar təşkil edib (FOTO)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

"Glenfiddich" viskisinin MDB ölkələrində brend səfiri olan Aleksandr İvçenko Azərbaycana səfəri çərçivəsində barmenlər və hotel biznesinin nümayəndələri üçün növbəti master-klasslar keçirib.

Paytaxtın aparıcı hotellərində keçirilən və üç gün davam edən master-klasslar çərçivəsində Aleksandr alkoqollu içkilər üzrə mahir bilici sayılan Uilyam Qrant tərəfindən əsası qoyulmuş və 1886-cı ildən etibarən Fidik çayının vadisində arpa mayalanması üsulu ilə hazırlanan "Glenfiddich" şotland viskisinin zəngin tarixindən danışıb.

"Bu gün "Glenfiddich" arpa mayalanması vasitəsilə hazırlanan dünyanın ən titullu şotland viski brendidir. Bu, 125 il ərzində Şotlandiyanın alkoqollu içkilər istehsal edən sonuncu müstəqil müəssisələrinin birinə sahib ailənin peşəkarlığı və mükəmməlliyə can atması nəticəsində mümkün olub. Biz alkoqolun məsuliyyətlə istifadəsinin tərəfdarıyıq və məhz buna görə biz daha çox insanın köhnə spirtlər haqqında məlumatlı olmasını, ayırd edilməsini və istifadə edə bilməsini istəyirik ki, viski həmin köhnə spirtlər arasında artıq öz fəxri yerini tutur", - deyə İvçenko qeyd edib.

Keçirilən tədbirlər çərçivəsində "Glenfiddich" viskisinin brend səfiri sözügedən viskinin yaşlanma prosesindən, onun növ müxtəlifliyi və dad qammasından danışıb, həmçinin barmen və hotel biznesinin nümayəndələrinə peşəkar bacarıqların yaxşılaşdırılmasına dair bir neçə məsləhət verib.

Baş tutmuş master-klass tədbirlərində ölkənin müxtəlif regionlarının aparıcı hotellərinin 50-dən çox əməkdaşı iştirak edib. Görüşlər zamanı Aleksandr İvçenko iştirakçılara ən titullu şotland viskisinin tərtibatı və təqdim olunması qaydalarını əyani olaraq nümayiş etdirib. Brend səfirin rəhbərliyi ilə qonaqlar "Glenfiddich" viskisinin ən yaxşı qarışıqlarının dequstasiyasını keçirib və içkini müxtəlif ləziz yeməklərlə dadıblar.

Aleksandr "Glenfiddich" viskisinin özəlliyi, onu fərqləndirən xüsusiyyətlər barədə iştirakçıları məlumatlandırıb. Zəngin tarixə malik içkinin istehlak sirləri ilə bölüşən brend səfir viskinin potensialının tamlıqla kəşf edilməsi və müxtəlif növ "Glenfiddich" məhsullarının fərqləri haqda danışıb. O vurğulayıb ki, "Glenfiddich" brendinin təklif olunan müxtəlif variantlarının hər biri özünəməxsus ətirə malikdir. Məhz buna görə içki prosesində qədəh xüsusi önəm kəsb edir. Düzgün seçilmiş qədəh "nosing" mərhələsindən, burun vasitəsilə qədəhin içindəki qoxuların toplanması prosesindən zövqalmanı təmin edir.

Bundan başqa, "Glenfiddich"in nümayəndəsi brendin tarixi ilə bağlı az bilinən faktları bölüşüb və master-klass tədbirlərinin iştirakçılarının suallarını cavablandırıb.

"William Grant & Sons" haqqında:
"William Grant & Sons Ltd" - şotland viskisi və digər tünd alkoqollu içkilər istehsal edən müstəqil şotland ailə müəssisəsidir. Azərbaycanda istehsalçı növbəti brendlərlə təmsil olunur: "Glenfiddich", "The Balvenie", "Tullamore D.E.W.", "Grant's". Azərbaycanda brendin rəsmi distributoru "El Trade" şirkətidir. Əlavə məlumatı www.williamgrant.com internet səhifəsində əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti