...

"PAŞA Həyat"ın dəstəyi ilə Bakıda "İnsan Resursları Forumu" adlı tədbir keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2015 18:04 (UTC +04:00)
Bakıda “PAŞA Həyat”ın dəstəyi ilə “İnsan Resursları Forumu - Bakı 2015” adlı geniş tədbir keçiriləcək
"PAŞA Həyat"ın dəstəyi ilə Bakıda "İnsan Resursları Forumu" adlı tədbir keçiriləcək

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

"PAŞA Həyat Sığorta" şirkətinin dəstəyi ilə bu il noyabrın 13-də "İnsan Resursları Forumu - Bakı 2015" adlı geniş tədbir keçiriləcək.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən Trend-ə verilən məlumata görə, forumda beynəlxalq təcrübə və yerli yanaşmanın vəhdətini dinləmək, eyni zamanda qarşılıqlı fikir mübadiləsi aparmaq üçün ölkənin ən nüfuzlu təşkilat və şirkətlərinin 200-ə yaxın peşəkar HR rəhbərləri bir araya gələcək.

Forumda son illər ərzində Azərbycanda insan resurslarının idarə edilməsinə artan maraq, bu sahədə olan inkişaf, həmçinin xarici təcrübənin yerli bazarda tətbiqinin nəticələri müzakirə olunacaq.

Forumun təşkilatçıları PDP və HRENGINEERING-dir.

Tədbirdə iştirak etmək istəyənlər http://hrforum.az/ saytında qeydiyyatdan keçə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti