...

Maarifləndirmə tədbirləri davam etdirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2015 16:26 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Qazaxda və Gəncədə treninqlər keçirilib.
Maarifləndirmə tədbirləri davam etdirilir

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Qazaxda və Gəncədə treninqlər keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Biznes ideyanı yarat", "Öz biznesinə başla", "Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları" mövzularını əhatə edən treninqlərdə iştirakçılara biznes-ideyanın yaradılması, biznes planların hazırlanması, marketinq araşdırmalarının aparılması, bu sahədə beynəlxalq təcrübə, prioritet biznes istiqamətləri, ixrac sahəsində mövcud qanunvericilik, ixracyönümlü məhsulların istehsalı və s. barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Treninqlər çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti