...

Vergilər Nazirliyində kadr dəyişiklikləri olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Oktyabr 2015 14:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

Vergilər Nazirliyində kadr dəyişiklikləri aparılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, vergilər naziri Fazil Məmmədovun əmri ilə Vergilər Nazirliyinin bir sıra struktur vahidlərinin rəhbərliyində kadr dəyişiklikləri aparılıb.

Bakı Vergilər Departamentinin rəisi, 3-cü dərəcəli dövlət vergi müşaviri Habil Məmmədov nazirliyin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi, vergilər nazirinin audit və operativ nəzarət sahələri üzrə müşaviri, 3-cü dərəcəli dövlət vergi müşaviri İlqar Əhmədov Bakı Vergilər Departamentinin rəisi, vergilər nazirinin müşaviri, 3-cü dərəcəli dövlət vergi müşaviri Zaur Fətizadə Bakı Vergilər Departamenti rəisinin 1-ci müavini, İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi, baş vergi xidməti müşaviri İlkin Vəliyev Bakı Vergilər Departamenti rəisinin müavini, Bakı Vergilər Departamentinin rəisinin 1-ci müavini, baş vergi xidməti müşaviri Raqif Qurbanov isə Bakı Vergilər Departamenti rəisinin müavini vəzifələrinə keçiriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti