...

AZSIĞORTA sürücü və piyadalara müraciət edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2015 12:29 (UTC +04:00)
Hazırda ağır xəsarət və əlilliklə nəticələnən yol-nəqliyyat hadisələri üzrə AZSIĞORTA şirkətinə müraciətlərin sayı çoxalıb.
AZSIĞORTA sürücü və piyadalara müraciət edib

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Hazırda ağır xəsarət və əlilliklə nəticələnən yol-nəqliyyat hadisələri üzrə AZSIĞORTA şirkətinə müraciətlərin sayı çoxalıb. Şirkətdən Trend-ə verilən məlumata görə, bu hadisələrdə ölüm halları isə kəskin artıb.

Bu ilin 9 ayı ərzində ölüm ilə nəticələnən 30-dan çox hadisə baş vermişdir. Bu hadisələr üzrə sığorta ödənişləri 205 min. manat təşkil etmişdir. 57 nəfər müxtəlif dərəcəli xəsarətlər almışdır. Bu hadisələr üzrə isə sığorta ödənişləri 125 min. manat təşkil etmişdir.

Hava şəaiti ilə bağlı qəzaların çox olduğu mövsümün başlanmasını nəzərə alaraq, həm sürücülərə, həm də piyadalara sadə təhlükəsizlik qaydaların yerinə yetirilməsinin vacibliyini xatırlatmaq istəyirik.

Bizim təcrübəmizə görə, insanların ən çox bu səbəblərə görə xəsarət alır:

- Sürücülər, yol hərəkəti qaydalarına və sürət rejiminə riayət etmir, təhlukəsizlik kəmirindən istifadə etmir;

- Sürücülər, yağış, qar, buz, duman və güclü külən kimi hava şəraitini nəzərə almayaraq, sürəti azaltmırlar;

- Sürücülər, avtomobilin texniki vəziyyətinə, ilk növbədə, təkrlərin, əyləc sisteminin, şassinin, şüşəsilənlərin və faraların vəziyyətinə diqqət vermirlər;

- Piyadalar, yol keçərkən yeraltı və piyada keçidlərdən istifadə etmirlər, həmçinin, çətin hava şəraitində nəqliyyat vasitələrin sürətini və əyləc məsafəsini düzgün qiymətləndirmirlər;

Bununla nəzərə alaraq, AZSIĞORTA həm sürücüləri, həm də piyadaları son dərəcədə diqqətli olmağa və ortada insan həyətlarının olmasını unutmamağa çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti