Azərbaycan, Bakı, 16 noyabr /Trend/
"Coca-Cola" şirkətinin Yeni il aksiyası çərçivəsində keçirilən lotereyanın ilk qalibi müəyyənləşib. Bu, Binə qəsəbəsi sakini xanım Azadə Mustafayeva olub ki, o, "Volkswagen Polo" avtomobili qazanıb.
Şirkətdən Trend-ə verilən məlumata görə, lotereyanın ilk tirajının nəticələrinə əsasən baş tutmuş tədbirdə çıxış edən "Azerbaijan Coca-Cola Bottlers" şirkətinin baş direktoru Cem Becel aksiyanın ilk qalibini təbrik edərək vurğulayıb ki, "Coca-Cola"nın həyata keçirdiyi parlaq kampaniyalar bütün dünyada Yeni il bayramının ayrılmaz tərkib hissəsinə çevrilib və ilin sonunun yaxınlaşması şirkətin ənənəvi Yeni il aksiyası ilə müşayiət olunur.
""Coca-Cola" tərəfindən keçirilən hər növbəti Yeni il aksiyası daha irimiqyaslı olmaqla milyonlarla insanı sevindirir və hər kəsə əsl bayram əhval-ruhiyyəsi yaşadır. Yeni il sehri hər bir evə təşrif buyurmalıdır və artıq uzun illərdir ki, "Coca-Cola" şirkəti bütün mümkün vasitələrlə buna nail olmağa çalışır. Azərbaycanda yaşayan hər kəsi qarşıdan gələn Yeni il münasibəti ilə təbrik edirəm və bayram aksiyasının iştirakçısı olmağa dəvət edirəm. "Coca-Cola" hamının içkisidir və elə biz də hamını bayram sevincini paylaşmağa çağırırıq", - deyə Cem Becel bildirib.
Aksiyanın ilk tirajının qalibi olan Azadə Mustafayeva öz növbəsində "Coca-Cola" şirkətinə bayram ərəfəsində bu cür möhtəşəm fürsət yaratdığına görə minnətdarlığını bildirərək qeyd edib ki, avtomobil cari ildə ailənin övlad sevincinə əlavə sevinc qatıb.
""Coca-Cola" dedikdə insan Şaxta babanı xatırlayır ki, bu da qırmızı rənglə bağlıdır və istər-istəməz insanın əhval-ruhiyyəsi yaxşılaşır. Bir neçə ay öncə körpəmiz dünyaya göz açıb və ardınca "Coca-Cola" şirkətinin keçirdiyi kampaniyada qalib gəlməyimiz bizim üçün ikiqat bayram oldu. Ailəmizdə daim "Coca-Cola" məhsulları içilir, lakin heç vaxt ağlımıza belə gəlməzdi ki, sevimli içkimiz sayəsində avtomobil qazanacağıq. Yeni ili ailəmizlə Füzuli rayonunda keçirəcəyik və rayona elə yeni avtomobilimizlə gedəcəyik", - deyə Azadə Mustafayeva vurğulayıb.
Sözügedən aksiya ənənəvi olaraq Yeni il bayramının ab-havasının daha da zənginləşdirilməsi və xoş əhval-ruhiyyənin paylaşılması məqsədi daşıyır. Kampaniya çərçivəsində cari ilin noyabr ayının 2-dən gələn ilin yanvar ayının 6-dək 2 və ya 2,5 litrlik "Coca-Cola" və ya "Fanta Portağal", yaxud 2 litrlik "Sprite" alan hər kəs avtomobil udmaq şansını qazanacaq. "Coca-Cola", "Fanta Portağal" və ya "Sprite"ın qızılı qapağının altındakı unikal kodu istənilən mobil rabitə operatorunun şəbəkəsi vasitəsilə 7676 nömrəsinə pulsuz SMS göndərərək hər bir şəxs uduş kampaniyasında iştirak haqqı qazanır. Kampaniya müddəti ərzində hər həftənin çərşənbə günü keçiriləcək lotereyada "Volkswagen Polo" avtomobili qazanmaq şansı yaranır. Bundan başqa, kampaniya iştirakçıları 100 minlərlə 1 litrlik "Coca-Cola" qazana bilərlər.
"Coca Cola" şirkəti haqqında:
"Coca-Cola" şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. "Coca-Cola" şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Dünyada ən çox tanınan və ən bahalı brendlərdən olan "Coca-Cola" ilə yanaşı şirkətin portfoliosuna dəyəri 1 mlrd. ABŞ dollarını ötən 20 brend daxildir. Bunların sırasına "Diet Coke", "Fanta", "Sprite", "Coca-Cola Zero", "vitaminwater", "POWERADE", "Minute Maid", "Simply", "Georgia", "Dasani", "FUZE TEA" və "Del Valle" kimi brendlər aiddir. Qlobal miqyasda "Coca-Cola" şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. "Coca-Cola" şirkəti hər gün 1,9 mlrd. içki porsiyası realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə "Coca-Cola" şirkəti dünyada TOP-onluğa daxildir. "Coca-Cola" şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com.