Bakı. Maksim Tsurkov - Trend:
Bakı-Həştərxan marşrutu üzrə birbaşa aviareys gələn il bərpa edilə bilər.
Trend-in Həştərxan vilayətinin rəsmi portalına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyevlə görüşdə deyib.
Onun sözlərinə görə, Həştərxanın tur operatorları turistləri həmin marşrutla Azərbaycan kurortlarına istirahətə göndərməyə hazırdırlar.
Görüşdə tərəflər Rusiyanın Xəzərdəki Olya limanı vasitəsilə birbaşa bərə əlaqəsinin inkişaf planını müzakirə ediblər.