...

Sığorta bazarının lideri "PAŞA Həyat" 5 yaşını qeyd edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2015 15:45 (UTC +04:00)
Sığorta bazarının lideri “PAŞA Həyat” bu gün yaranmasının 5 illiyini qeyd edir.
Sığorta bazarının lideri "PAŞA Həyat" 5 yaşını qeyd edir

Bakı. Trend:

Azərbaycanın həyat sığortası bazarının lideri olan "PAŞA Həyat Sığorta" şirkəti bu gün dövlət qeydiyyatına alınmasının 5 illiyini qeyd edir.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən Trend-ə verilən məlumata görə, 2010-cu il noyabrın 24-də Azərbaycan iqtisadiyyatına, o cümlədən ölkənin sığortası bazarının inkişafına öz töhfəsini verə biləcək sığorta şirkəti - "PAŞA Həyat" yaradılıb.

"PAŞA Həyat Sığorta" şirkəti 5 il əvvəl bu günki tarixdə 7 mln. manat nizamnamə kapitalı ilə təsis olunub və Maliyyə Nazirliyinin müvafiq lisenziyası əsasında 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir.

Yaranmasından 5 il keçməsinə baxmayaraq, şirkət düzgün strategiya tətbiq etməsi nəticəsində öz yüksək inkişaf meylləri ilə sığorta bazarının lider şirkətləri sırasına qatılıb. Biznes göstəricilərinə gəldikdə isə, qeyd etmək lazımdır ki fəaliyətinin 5 ili müddətində şirkət nizamnamə kapitalını 5,75 dəfə artıraraq 40,250 mln. manata çatdırıb. Bununla yanaşı, həyat sığortası məhsulları üzrə toplanan yığımların həcminə görə bazarın əsas iştirakçısı olan "PAŞA Həyat" bu ilin 10 ayında 48 mln. manata yaxın sığorta haqqı ilə ölkədə fəaliyyət göstərən sığorta sirkətləri sırasında ikinci yerdə qərarlaşıb.

Məhz bu inkişafın nəticəsi olaraq, "PAŞA Həyat" kapital və müxtəlif biznes-maliyyə göstəricilərinə görə Azərbaycanın həyat sığortası bazarının lider şirkətidir.

Fəaliyyəti tarixində "PAŞA Həyat" yalnız maliyyə sahəsindəki uğurları ilə deyil, həmçinin günün tələblərindən irəli gələrək, cəmiyyət üçün mühüm əhəmiyyət daşıyan bir çox maraqlı sosial layihələri ilə də gündəmdədir.

Belə ki, "PAŞA Həyat" Azərbaycanın zəngin tarixi-mədəni irsini, həmçinin müasir inkişafını dünyaya çatdırması istiqamətində İçərişəhərə aid "Qədim qalanın yuxuları", "Qobustan - minilliklərin kitabı", Azərbaycan miniatür sənətindən bəhs edən "Təbrizin sehrli nağılları", Şəkiyə həsr edilmiş "Məftun edən şəhər" və Bakının mədəni irsi və müasir nailiyyətlərinə aid "Bakı simfoniyası" adlı kitabların işıq üzü görməsində, onların oxucu kütləsinə çatdırılmasında yaxından dəstək olub.

Şirkət qeyd olunan sosial layihələri yalnız Azərbaycanın tarixi-mədəni irsinin təbliği ilə tamamlamayıb. "PAŞA Həyat" gənclərin uğurlu gələcəyini, onların sağlam ruhda böyüməsini, həmçinin ölkədə sağlam gənc nəslin formalaşdırılması siyasətinə də daima öz töhfəsini verib.

Məhz bunun təzahürü olaraq, gənc və yeniyetmə şagirdlərin futbola cəlb edilməsi, futbolsevərlər arasında bu idman növünün təbliğ etmək və gəncləri sağlam həyata yönləndirimək məqsədi ilə Sumqayıt şəhərində və onun ətrafında yerləşən bütün orta təhsil ocaqlarını əhatə edən "Futbol və Sağlam Həyat" layihəsi, eyni zamanda Sumqayıt məktəblilərinin yay tətillərini səmərəli və daha maraqlı keçirməsi üçün "Yay Futbol Düşərgəsi" layihəsi, habelə gənclərin sığortaya olan marağını artırmaq məqsədi ilə tələbələr üçün "Sığorta və sığorta mədəniyyəti" adlı pulsuz maarifləndirici təlim layihələri həyata keçirilib.

Bu arada sosial layihələr sırasında Azərbaycanda ilk dəfə olaraq "PAŞA Həyat"ın təşkilatçılığı ilə keçirilən "HR Forum 2015"adlı sosial yönümlü tədbiri də xüsusil qeyd etmək olar. İnsan resursları üzrə 300-dən çox mencerin qatıldığı tədbir ölkə ictimaiyyətinin geniş marağına səbəb olub.

Bütün bunların nəticəsi olaraq, fəxr və qürür hissi ilə qeyt etmək olar ki bu kimi sosial layihələr sayəsində "PAŞA Həyat" ictimai əhəmiyyətli qurum imicini qazana bilib.

Hazırda "PAŞA Həyat" öz inkişafını yüksələn xətlə davam etdirir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən "həyatın müddətli sığortası", "istehsalatda bədbəxt hadisələrdən icbari sığorta", "yığım tərkibli yaşam sığortası", "sağalmaz xəstəliklərdən sığorta" və digər könüllü həyat sığortası məhsulları təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti