...

"PAŞA Həyat" sığorta ödənişlərinin həcmini açıqladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2015 18:30 (UTC +04:00)
“PAŞA Həyat Sığorta” şirkəti cari ilin noyabr ayı üzrə verilən sığorta ödənişlərinin həcmini açıqlayıb.
"PAŞA Həyat" sığorta ödənişlərinin həcmini açıqladı

Bakı. Trend:

"PAŞA Həyat Sığorta" şirkəti cari ilin noyabr ayı üzrə verilən sığorta ödənişlərinin həcmini açıqlayıb.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən Trend-ə verilən məlumata görə, bu ilin noyabr ayında müxtəlif sığorta hadisələri üzrə ümumilkdə 78 276 manat həcmində sığorta ödənişi həyata keçirilib.

Baş vermiş sığorta hadisələri nəticəsində istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası növü üzrə 18 526 manat, könüllü həyat sığortası, o cümlədən "kredit götürən şəxslərin həyat sığortası" növü üzrə isə 59 750 manat həcmində sığorta ödənişi verilib.

Qeyd edək ki, icbari sığorta növü üzrə ödənilən vəsaitlərin hamısı istehsalatda baş vermiş xəsarət hallarına görə, kredit götürən şəxslərin həyat sığortası növü üzrə həyata keçirilən ödənişlər isə ölüm hadisələrinə görə verilib.

"PAŞA Həyat Sığorta" ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir. Cari ilin noyabr ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 mln. manat təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti