...

Azərbaycan yük avtomobilləri üçün tranzit xərclərini 40% azaltdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Dekabr 2015 16:54 (UTC +04:00)
Azərbaycandan Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı limanlarına istiqamətlənmiş iritonnajlı yük avtonəqliyyat vasitələri üçün tranzit gediş-gəliş xərcləri təqribən 40% aşağı salınıb.
Azərbaycan yük avtomobilləri üçün tranzit xərclərini 40% azaltdı

Bakı. Trend:

Tranzit yüklərin daşınması üçün daha əlverişli şəraitin yaradılması məqsədilə Azərbaycanın Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən müvafiq tədbirlər görülüb.

Şuradan Trend-ə verilən məlumata görə, tranzit prosedurlarının sadələşdirilməsi və xidmət haqlarının aşağı salınması hesabına Azərbaycandan Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı limanlarına istiqamətlənmiş iritonnajlı yük avtonəqliyyat vasitələri üçün tranzit gediş-gəliş xərcləri təqribən 40% aşağı salınıb.

Eyni zamanda, Bakı-Aktau-Bakı istiqamətləri üzrə dəniz yolu ilə daşıma trarifləri də 20%-dək aşağı salınıb və hər iki istiqamət üzrə birlikdə 2100 ABŞ dolları həcmində müəyyənləşdirilib.

Bununla da, hər bir iritonnajlı yük avtonəqliyyat vasitəsi üçün hər gediş-gəliş tranzit xərcləri hər iki istiqamət üzrə birlikdə təxminən 2600 ABŞ dolları təşkil edəcək.

Görülmüş tədbirlər Azərbaycanın tranzit cəlbediciliyini və tranzit yükdaşımalarından gəlirlərini daha da artıracaq.

Tranzit yükdaşımalar üzrə iştirakçılar maraqlandıqları məsələlər, qarşılaşdıqları problemlərlə bağlı Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının ofisinə (ünvan: Bakı şəhəri AZ1025, Xocalı prospekti 37, "Demirchi Tower", telefon: 488-80-38; faks: 488-80-48; e-mail: [email protected]) müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti