Bakı. Azad Həsənli - Trend:
Azərbaycanın bank sektoru son 10-12 il ərzində iqtisadiyyat kreditlərinə 80 milyard manat ayırıb.
Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında deyib.
Onun sözlərinə görə, bank sektoru iqtisadiyyatın inkişafında vacib rol oynayıb və hazırda kifayət qədər sabitdir: "Bir neçə bank istisna olmaqla sektorun nüvəsi çox sabitdir".