...

Azərbaycan Dağıstana Rusiyanın kənd təsərrüfatı bazarında mövqelərini gücləndirməyə kömək edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Yanvar 2016 12:20 (UTC +04:00)

Bakı. Trend:

Dağıstan və "Aseraaqromir" Azərbaycan-Rusiya şirkəti qarşılıqlı əməkdaşlıq barədə saziş imzalayıb. Bu barədə Trend "Arqumentı i faktı"ya istinadən məlumat verir.

Müvafiq sənədləri ötən gün Dağıstanın Baş naziri Əbdüsəməd Həmidov və şirkətin prezidenti Fərid Xəlilov imzalayıblar.

İmzlanma mərasimində çıxış edən F.Xəlilov qeyd edib ki, saziş çərçivəsində şirkət 6 hektar sahədə ərzaq istehsalı üzrə istixana, eləcə də 1 hektarda şitil yetişdirilməsi üçün istixana tikəcək: "Layihə həyata keçirilən kimi Dağıstan məhsullarını Rusiya bazarına satacaq. İstixanalara xidmət göstərilməsi məqsədilə Dağıstan-Azərbaycan servis şirkəti yaradılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti